Allahın Qaniy adının təcəllilərini necə görərik?

Ey insanlar! Allaha möhtac olan sizsiniz. Allah isə heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir. (Fatir surəsi, 15)

Yuxarıdakı ayədə bildirildiyi kimi, Allah Qaniydir, yəni “sonsuz zəngin olan, heç nəyə möhtac olmayan”dır. İnsanlar da daxil olmaqla bütün varlıqlar hər an Allahın varlığına, Onun bəxş etdiyi nemətlərə, mərhəmətinə və bağışlamasına möhtacdırlar. Onlar yalnız Allahın diləməsi və verdiyi nemətlər sayəsində həyatını davam etdirirlər. Allah isə bütün nöqsan sifətlərdən uzaqdır və hər şeyin yeganə Sahibidir.

Quranda Allahın bu adı bir çox ayədə tanıdılmışdır. Bunlardan bəziləri belədir:

– Göylərdə və yerdə Allahı aciz qoya bilən heç bir şey yoxdur. (Fatir surəsi, 44)

– Allah mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtacı olmayandır. (İsra surəsi, 111).

– Allah göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayandır. (Əhqaf surəsi, 33)

– Allah doğmamış və doğulmamışdır. (İxlas surəsi, 3)

– Göylərdə, yerdə, onların arasında və torpağın altında olanların hamısı Onundur (Taha surəsi, 6)

– Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və (hər şeyə) varis olan da Bizik. (Hicr surəsi, 23)