Allahın pis əməlləri örtməsinin sirri

Allahın pis əməlləri örtməsinin sirri

Möminlərin hədəfi Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Ancaq insan zəif və unutqan yaradılmışdır; bu səbəblə bir çox səhvi və ya əskiyi ola bilər. Qullarını ən yaxşı bilən, sonsuz mərhəmət və şəfqət sahibi olan Allah səmimi qullarının pis əməllərini örtəcəyini və onları asan hesabla sorğuya çəkəcəyini bildirmişdir.

Allah bir ayədə “Sizə qadağan edilən böyük günahlardan qaçsanız, sizin qüsurlarınızı örtərik və sizi “şərəfli-üstün” bir mövqeyə daxil edərik”. (Nisa surəsi, 31) deyə bildirir. Bunu bilən möminlər Allahın qoyduğu sərhədlərə çox diqqət edər, bunların xaricinə çıxmaqdan və harama girməkdən çəkinərlər. Əgər unudaraq, yanılaraq və ya qəflətə qapılaraq bir səhvləri olsa, dərhal Allaha yönələr və tövbə edərək, Ondan bağışlanma diləyərlər.

Allah başqa ayələrində isə, saleh əməllər edənlərin pis əməllərini örtəcəyini bildirir. Bir insanın yalnız Allahın məmnuniyyətini qazanmaq üçün etdiyi hər hərəkət və davranış saleh əməldir. Məsələn, bir insanın din əxlaqını insanlara izah etməsi, təvəkkülsüz birinə taleyi xatırlatması, dedi-qodu edənə maneə olması, evini və bədənini təmiz saxlaması, elmini və mədəniyyətini artırması, gözəl söz söyləməsi, insanlara axirəti xatırlatması, xəstə olan birinə qulluq etməsi, yaşlı birinə sevgi və şəfqət göstərməsi, xeyir üçün istifadə edəcəyi pulu qazanmaq üçün çalışması, pis sözə yaxşılıq və səbirlə cavab verməsi kimi insanın hər rəftarı Allahın razılığı üçün edildikdə saleh əməl olar.