Allahın neməti: Göz

Hər kəs gün ərzində heç fərqində olmadan minlərlə dəfə gözlərini qırpır

Hər kəs gün ərzində heç fərqində olmadan minlərlə dəfə gözlərini qırpır. Bu hərəkət istəmədən edilir və bu sayədə gözlər çox işıq təmasından və xarici maddələrdən qorunur. Qırpma əməliyyatının avtomatik olaraq edilməsi də, əksər insanın fərqində olmadığı nemətdir. Bu təmizlənmə avtomatik olaraq edilməsəydi nə olardı?

Belə bir vəziyyətdə insan göz qırpmağı ancaq gözünün içində narahat edəcək qədər çirklənmə yarandıqda xatırlayardı. Bu da gözün mikroba yoluxmasına səbəb olardı. Gözlər tamamilə təmizlənə bilmədiyindən dumanlı, bulanıq bir görüntü meydana gələrdi. Göz qırpmaq böyük sıxıntı olar, insan gün boyu həmişə göz qırpmağı unutmamağa fikrini cəmləmək məcburiyyətində qalardı. Hər bir neçə saniyədən bir göz qırpıldıqda göz qapaqları eynilə avtomobil şüşə siləcəkləri kimi gözləri sulandırır, çirki təmizləyir.

Yuxu əsnasında isə göz qapaqları bağlı olduğu üçün gözlər qurumağa qarşı avtomatik olaraq qorunur. Göz qapağı, qövslü göz quruluşunun üstünə qüsursuz olaraq oturan mexanizmdir. Bu mükəmməl uyğunluq sayəsində, göz qapağının açılıb bağlanması əsnasında gözün ön səthində təmas edilməyən heç bir nöqtə qalmır. Göz qapağı, gözü bu şəkildə qüsursuz olaraq əhatə etməsəydi, qalan boşluqdakı xarici maddələrin təmizlənməsi mümkün olmayacaqdı.

Açılıb bağlanma əsnasında, göz qapağının içində olan xüsusi bezdən ifraz olunan yağlı ifrazat, qapaqların bir-birlərinə yapışmalarına mane olur və göz qapaqlarının sürüşməsini asanlaşdırar.

Yuxarıda qısaca izah edilən bu detallar Rəhman və Rəhim olan Rəbbimizin bizim üzərimizdəki qorumasını göstərir. Allahdan bir lütf olaraq var edilən göz qapağı, insan bədəninin ən əhəmiyyətli orqanlarından biri olan göz üçün çox möhtəşəm qorumadır. Bu nümunələr, Allahın insanlara olan şəfqət və mərhəmətinin çox açıq nümunələrindən yalnız bir neçəsidir.

Əgər yatarkən göz qapağı bağlanmasaydı, yatmaq insan üçün son dərəcə çətin hal olacaqdı. Yata bilmək üçün qaranlıq otağa ehtiyac olacaq, gündüzləri yatmaq heç mümkün olmayacaqdı. Yuxu əsnasında açıq qalan gözlər isə hər cür xarici təsirə qarşı müdafiəsiz qalacaqdı.

Əgər göz qapağı deyə bir şey olmasaydı, yer üzündəki insanların hamısı çox qısa müddət ərzində kor olardı. Gözün üst təbəqəsini meydana gətirən buynuz qişa quruyacaq, göz qısa müddət sonra vəzifəsini yerinə yetirə bilməməyə başlayacaqdı. Gözə girəcək ən kiçik toz belə zamanla böyük problemlər yaradacaq, göz mikroba yoluxacaqdı.

Ən kiçik zərbələrə qarşı müdafiəsiz qalan göz hər an kor olma təhlükəsi ilə qarşı-qarşıya qalacaqdı. Məsələn laqoftalm (lagophthalmos) adlı xəstəlikdə göz qapaqları ya tamamilə bağlana bilməz və ya çox çətin bağlanar. Bu vəziyyətdə buynuz qişanın nəmlənməsi təhlükə altına girəcəyi üçün, buynuz qişada qurumağa bağlı olaraq infeksiya görülər. Bu xəstəliyin uzun müddət davam etməsində isə qalıcı göz xəstəliyi meydana gələ bilər.

Reflekslər, insanın müxtəlif xarici hadisələrə, iradədən kənar və çox qısa müddət ərzində verdiyi reaksiyadır. Lazımlı vəziyyətdə göz qapağını da hərəkətə keçirən bu refleks mexanizmi, təhlükələrə qarşı sığorta funksiyası yerinə yetirir. Buynuz qişaya, kirpiklərə, sürətli şəkildə qaşların ortasına ya da alına toxunmaq göz qapağını xəbərdar edən refleksin meydana gəlməsinə səbəb olur.

Əgər göz qırpma refleksini meydana gətirən sinir şəbəkəsi araşdırılsa, bu şəbəkənin nə qədər incəliklə planlanmış quruluşa sahib olduğu açıq-aşkar görülər. Çünki yuxarıda ifadə edilən hər refleks üçün göz qapağına daşınan xəbərdarlıqlar fərqli sinir yollarından keçir. Yəni gözün ətrafı çoxlu sayda erkən xəbərdarlıq sistemi ilə təchiz edilib. Beyin, çox qısa müddətdə gələn bu xəbərdarlıqları qiymətləndirir və əlaqədar əzələlərə sinir xəbərdarlıqlarının getməsini təmin edir.

Bu əməliyyatlar əsnasında sinir xəbərdarlıqları yollarını səhv etmədən saniyənin mində biri qədər qısa müddət ərzində beyinə çatırlar. Beyindən gələn əmr nəticəsində göz qapağı, gözü xarici maddələrdən qorumaq və ya silmə vəzifəsini yerinə gətirə bilmək üçün tam zamanında bağlanır. Mövcud təhlükənin anında tanınması, fərqli vəziyyətlərə aid reflekslərin ayrı sinir yollarından, bir-birinə qarışdırılmadan siqnal olaraq çatdırılması son dərəcə kompleks əməliyyatlardır.

İnsan, ətrafında davamlı dəyişən şərtlər qarşısında həyatını davam etdirə bilmək üçün, çöldə olub bitən hadisələrdən tam zamanında xəbərdar olmalıdır. Buna görə göz qırpma əməliyyatı insanın xarici dünyanı qəbul etməsinə maneə törətməyəcək qədər qısa müddət ərzində reallaşır. Əgər bu əməliyyat uzun çəksəydi çox böyük təhlükələr ola bilərdi. İnsan gözünü qırpma əməliyyatı ilə məşğul olduğu anda bəlkə də üzərinə gələn bir yük maşınını fərq edib qaçmağa fürsət tapa bilməzdi. İnsanın xarici dünyaya açılan pəncərəsi olaraq xarakterizə edilən gözün bu qədər əhatəli şəkildə qorunması Allahın dünyadakı nemətlərindən bir nümunədir.

Əksər insanın yalnız “duzlu su” zənn etdiyi gözyaşı, müxtəlif vəzifələr üçün fərqli maddələrlə yaradılmış son dərəcə xüsusi mayedir. Gözyaşının ilk vəzifəsi gözü mikroblara qarşı qorumaqdır. İçində olan “lizozim” fermenti bir çox bakteriya növünü parçalaya bilmə və mikrob öldürmə xüsusiyyətinə malikdir. Lizozim sayəsində göz, infeksiyalardan qorunur. Bu maddə, binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü dezinfeksiya vasitələrində istifadə edilən maddələrdən belə daha təsirlidir.

Bu qədər güclü olduğu halda gözə heç bir zərər verməməsi isə böyük möcüzədir. Allah, son dərəcə güclü dezinfeksiya vasitəsi olan gözyaşını gözün kimyəvi quruluşuna ən uyğun formada yaradıb. Yaradılışın hər nöqtəsində mövcud olan möhtəşəm uyğunluq, eyni şəkildə göz və gözyaşı üçün də keçərlidir. Bu gücdə başqa heç bir dezinfeksiya vasitəsi göz üzərində istifadə edilə bilməz. Digər tərəfdən insan istehsalı heç bir dezinfeksiya vasitəsi gözyaşını əvəz edə bilməz.

Gözyaşının istehsalı da son dərəcə həssas ölçü ilə edilir. Gözyaşı, ancaq buynuz qişanı qurumaqdan xilas edəcək və göz kürəsinin səthinin sürüşkənliyini itirməyəcək miqdarda istehsal edilir. Beləcə, göz hərəkət etdiyində göz qapağının daxili hissəsi olan konyunktivlə gözün üstü arasındakı sürtünmədən qaynaqlanan narahatlıq meydana gəlmir. Xəbərdar edici bir vəziyyət olduğunda, məsələn gözə toz kimi xarici bir maddə girdikdə, gözyaşı istehsalı avtomatik olaraq artır.

Bu bir tərəfdən antiseptik məqsədlə daha çox lizozim fermenti istehsal edilməsi, digər tərəfdən də xəbərdar edici maddənin çölə atıla bilməsi üçün bol miqdarda maye meydana gəlməsini təmin edir. Gözyaşı kifayət qədər istehsal edilməsəydi, göz ilə göz qapağı arasında davamlı sürtünmə olar və gözün hər hərəkəti bizim üçün əziyyət halına gəlirdi. Məsələn gözyaşı quruluğu olan xəstələrdə, gözlərdə davamlı yanma və gözün içinin qum dolu olduğu hissi duyulur. Gözlər şişir, qızarır və xəstəliyin artması ilə xəstə gözünü itirə bilir.

Göz qapağının sərhədindən çıxan kirpiklər gözü toz və xarici maddələrdən qoruyurlar. Qopduqları və ya kəsildikləri zaman təkrar uzanırlar. Uzanma, kirpik əvvəlki ölçüsünə gəldiyində dayanır. Kirpiklər düz, yumşaq və yuxarı doğru yüngülcə qıvraqdırlar.

Bu forma həm rahat, həm də son dərəcə estetikdir. Kirpiklərin belə forma qazanmaları da, Allahın çox böyük rəhmətidir. Zeis adlı toxumaların ifraz etdikləri yağlı ifrazatla kirpiklər yağlanır, qövslü elastik quruluş qazanırlar. Əgər bu incə baxım edilməsəydi kirpiklər son dərəcə sərt, fırça kimi olacaq, hər göz qırpmada narahat edər və ilişmə hissi meydana gələcəkdi. Qaşlarımız da alnımızdan axan tərin gözün içinə girməsinə mane olur. Ayrıca günəş şüalarını qıraraq gözün içinə əks olunmasına mane olur. Bununla birlikdə insan gözünün estetik görünüşünü tamamlayan çox əhəmiyyətli ünsürdürlər. Rəbbimiz bütün detalları ilə insanı ən gözəl surətdə yaradıb.

Gözü davamlı yuyan və mikroblardan təmizləyən gözyaşı sistemi ilə birlikdə gözdə yağlama sistemi də mövcuddur. Bu sistem gündə təxminən yüz min dəfə, dörd ayrı istiqamətə baxan gözün, bu hərəkətlərin nəticəsində aşınmasına maneə törədir. Bu sayədə göz davamlı yağlanaraq sürtünmə təsirinə və xarici maddələrə qarşı qorunmuş olur. Bu yağ o qədər sürüşkəndir ki, göz hərəkət etdiyində heç bir narahatlıq hiss edilməz. Əgər konyunktivin işində ciddi axsaqlıq olarsa və bu yağlanma əməliyyatı həyata keçməzsə, gözün hər hərəkətində çox böyük və dözülməz ağrılar meydana gələrdi. Halbuki sağlam insan, Allahın yaratdığı bu qüsursuz sistem sayəsində həyatı boyu bu cür narahatlıq çəkməz.