Allahın Münzir adının təcəllilərini necə görərik?

Allahın Münzir adının mənası “xəbərdarlıq edən və qorxudan”dır. Allah nazil etdiyi haqq kitablar vasitəsilə insanlara doğru ilə yanlışı bildirər və onları axirətdə qarşılaşacaqları cəhənnəm əzabına qarşı xəbərdar edər. Bir ayədə Quranın nazil edilməsindəki bu məqsəd belə açıqlanmışdır:

Bu (Quran) insanların xəbərdar edilmələri, Allahın tək bir ilah olduğunu bilmələri və təmiz ağıl sahiblərinin düşünüb öyüd almaları üçün göndərilmiş bir təbliğdir. (İbrahim surəsi, 52)

Bundan başqa, Allahın tarix boyu gəlib-keçmiş hər bir ümmətə elçilər göndərməsi də eyni məqsədə xidmət etmişdir. Quranda peyğəmbərlərin insanlara doğru yolu göstərdikləri, onları Allahın əzabı ilə xəbərdar etdikləri və Cənnətlə müjdələdikləri belə bildirilmişdir:

Müjdə verən və xəbərdar edən (elçilər göndərdik ki,) elçilərdən sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Allah qüdrətlidir, hikmət sahibidir. (Nisa surəsi, 165)