Allahın mükəmməl yaratma sənəti

Hər incəlik düşünülmüş qayğı

Uzun bir tətildən qayıtdıqda evinin, çox nizamlı və mükəmməl bir şəkildə yeni əşyalarla döşəndiyini, ehtiyaclarına görə hər cür incəliyin düşünüldüyünü görən bir insan bu mənzərə qarşısında çox təəccüblənəcək və təsirlənəcək. Sonra da özünə bu sürprizi hazırlayan insanın kim olduğu ilə maraqlanacaq. Əlbəttə ki, belə fövqəladə bir sürpriz qarşısında laqeyd qalması düşünülə bilməz. Məsələn, “necə olmuşsa olmuş, bu məni maraqlandırmır” deyə bilməz. Hər şeyin özbaşına, ya da təsadüfən meydana gəldiyini, əşyaların özbaşına evə gəldiyini və nizamlı bir şəkildə yerləşdiklərini düşünə bilməz. Çünki bunların hamısı müəyyən bir ağıl, şüur və güc tələb edir. Bu səbəbdən, hər şeyi düşünmüş və şüurlu olaraq təşkil edən birinin var olduğu son dərəcə açıqdır.

Yuxarıda verdiyimiz nümunədə vəziyyət eyni şəkildə bütün kainat, dünyamız və canlı-cansız bütün varlıqlar üçün də keçərlidir. Kainatda, insan vücudundan səmaya, heyvanlardan dənizlərin dərinliklərinə qədər bütün varlıqlarda və hadisələrdə, son dərəcə kompleks sistemlər və saysız həssas tarazlıqlar var. Düşünən və ağlını istifadə edə bilən hər kəs bu kompleks sistemləri və həssas tarazlıqları, üstün bir güc və ağıl sahibi olan Uca ın yaratdığını görəcək.

Bu şüura sahib olan insan, ətrafında gördüyü hər şeydə, özünə ı tanıdacaq saysız-hesabsız dəlil ilə qarşılaşar. Məsələn, palçıqlı torpaqdan çıxan rəngarəng, xoş qoxulu çiçəklər, ləzzətli tərəvəz və meyvələr, bu gözəlliklərin qəbul edilməsini təmin edən duyğu orqanları, içində bir çox kompleks sistemin mükəmməl və uyğun bir şəkildə işləyən insan vücudu, dünyamızı işıqlandıran, isidən və bunun üçün bizə ən uyğun məsafədə və böyüklükdə yaradılmış olan Günəş, qupquru torpağı canlandıran yağış və kainatın hamısını əhatə edən bunlar kimi daha saysız dəlillər …

Bunların hamısı “iman həqiqəti” dir. Yəni, insanı imana aparan və imanının artmasına vəsilə olan həqiqətlər, yaradılış möcüzələridir. Bu dəlillər üzərində dərin təfəkkür edən hər vicdanlı insan ın varlığını və böyüklüyünü açıq şəkildə görərək iman edəcək. İman edənlər isə iman həqiqətləri sayəsində ı daha yaxından tanıyacaq, Ona duyduqları iman, sevgi və qorxu daha da artacaq.