Allahın mükəmməl sənəti: Həsir yelləncəyə bənzəyən qoza

Yer üzündəki ecazkar canlılar

Yer üzündə bizim tanıdığımız və ya tanımadığımız saysız-hesabsız canlı növü yaşayır. Hər gün qarşılaşdığımız pişik və it kimi sevimli dostlarımızdan insan ayağı dəyməmiş meşələrdə yaşayanlara qədər hər bir heyvanın özünəməxsus ecazkar xüsusiyyətləri, heyrətamiz qabiliyyətləri var. Məsələn, arıları yaxından öyrəndiyimiz zaman onların bu qədər pətəyi necə qüsursuz qurmasına, riyaziyyatçılar kimi apardıqları hesablamalara təəccüb edirik. Timsahların və ya aslanların balalarına qarşı olan hədsiz istəyini gördüyümüz zaman belə vəhşi heyvanların şəfqətli davranışının səbəbini düşünürük. Dayanmadan min kilometrlərlə məsafə qət edərək köç edən kiçik quşların bu çətin işin öhdəsindən necə gəlməsi ilə bağlı sualın cavabını tapmağa çalışırıq. Bunlar haqqında bir az da müfəssəl məlumatlar alanda isə təəccübümüz daha da artır.

Hər canlının müxtəlif bədən quruluşu var. Bəziləri uçaraq, bəziləri üzərək yaşayır. Məsələn, balıqlar yalnız dənizdə ehtiyac duyacağı bir bədən quruluşuna malikdir. Onların su altında yaşamasına imkan verən ciyərləri, gözləri və dəriləri var. Quşların ağciyərləri və tükləri də onların uçmasını təmin edəcək bir quruluşdadır. Əlbəttə, canlılar bu qabiliyyətə və ya qeyri-adi işlər bacarmalarını təmin edən bədən quruluşuna öz-özünə sahib olmamışlar. Bir-birindən heyrətamiz işlər etməyi dərk edənlər əslində canlıların özləri deyil. Görəcəyi işləri təsadüfən də öyrənə bilməzlər. Etdikləri hər şeyi onlara öyrədən birisi olmasa, bütün bunları bilmələri mümkün deyil. Bundan əlavə, ehtiyac duyduqları bədən quruluşlarını da onlar üçün planlaşdıran və bədənlərinə yerləşdirən birisi olmalıdır. Sahib olduqları hər şeyi onlara verən, çox yüksək ağıl və gücə malik olan bir varlığın mövcud olması tam bir həqiqətdir. Beləliklə, bu gücə malik olan, bizi və bütün digər canlıları yaradan Rəbbimizdir. Malik olduqları hər xüsusiyyəti canlılara Allah verib.