Allahın möminlərə köməyi

Allah iman edən bəndələrinə həmişə asanlıq verir, onların işlərini asanlaşdırır, çətin

Allah iman edən bəndələrinə həmişə asanlıq verir, onların işlərini asanlaşdırır, çətin vəziyyətdə belə şübhəsiz bir çıxış yolu göstərir. Bu, Allahın açıq köməyidir. Ancaq Quranda Allahın bəndələrinə sezilməz yollarla kömək edəcəyi, onlara gözlənilməz formada dəstək və asanlıq təmin edəcəyi də xəbər verilib.

Allah Əhzab surəsinin 9-cu ayəsində bu köməyi “külək və sizin görmədiyiniz ordular” şəklində təsvir edib. Bir başqa ayədə isə Rəbbimiz insanlara “qoruyucular” (Ənam surəsi, 61) göndərdiyini bildirib.

Allahın möminlərə olan köməyi müxtəlif formalarda təcəlli edir. Bu köməkdən biri mələklərin, çətin anlarında möminlərin köməyinə göndərilməsidir. Allah Quranda bu köməyi, Peyğəmbərimiz dövründə baş vermiş bir hadisəni nümunə verərək bildirir:

O zaman möminlərə belə deyirdin: “Rəbbinizin üç min mələk endirərək yardım etməsi sizə kifayət etmirmi?” Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər. Allah bunu sizin üçün yalnız müjdə olsun və qəlbiniz rahatlasın deyə etdi. Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır. (Ali İmran surəsi, 124-126)

Allah bir başqa ayəsində isə möminlərə görünməyən ordularla da kömək etdiyini bildirib:

Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Əhzab surəsi, 9)

Allahın Quranda möminlərin həmişə qalib gələcəyini bildirməsi, möminlər üçün ən böyük nemətlərdəndir və fövqəladə şövqləndirici vəddir. Əlbəttə möminlər bu qəti həqiqəti də heç vaxt yaddan çıxartmazlar. Hər kömək Allahdandır və şübhəsiz gücün bütün sahibi Allahdır. Möminlər, əsl zəfər və köməyin əslində Allaha aid olduğunu bilirlər. Mələklərin dəstək olmasının isə, Allahın müjdəsi, özlərinə kömək və dəstəyinin təcəllisi olduğunu əsla unutmazlar. Çünki Rəbbimiz ayədə bu həqiqəti belə bildirib:

(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə olsun və onunla qəlbiniz sakitləşsin deyə etmişdi. Yardım (qələbə) yalnız Allahdandır. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir. (Ənfal surəsi, 9-10)

Allahın dilədiyi bəndəsinə, dilədiyi formada kömək edəcəyini bilən möminlərin, ən çətin anlarda belə mənəvi güvən və hüzur duyğusu olur. Bu ruh halı ilə mənəvi cəhətdən son dərəcə gözəl həyat yaşayarlar.