Allahın köməyi və dəstəyi

Allah Quranda, “Ey iman gətirənlər!

Allah Quranda, “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir” (Maidə surəsi, 105) hökmü ilə inanan insanlara əhəmiyyətli bir həqiqəti xəbər vermişdir: İnkarçılar, doğru yolda olan kəslərə zərər verə bilməzlər.

Doğru yol isə ancaq iman edən və Qurana tabe olan ağıl sahiblərinin olduğu yoldur. Bu insanlar, hər mövzuda yalnız Quranda onlara bildirilən doğruları rəhbər tutub, həyatını bu doğrulara görə təşkil etdikləri üçün hər zaman Allahın dəstəyi və köməyi ilə qarşılıq görərlər. Allah iman edənlərin köməkçisidir və dininə kömək edənlərə kömək vəd etmişdir.

Allah, səmimi qəlblə iman etmələrinə qarşılıq inananları qoruyub dəstəkləyəcəyini, onlara hər işlərində asanlıq təmin edib, yollarını açacağını bir başqa ayəsində belə bildirmişdir:

Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)

İslamı firqələrə (məzhəb və təriqətlərə) bölənlər Allahın firqəsi sayılmırlar, Allahın firqəsi yalnız, Onun göndərdiyi Qurandakı islamı yaşayanlardır. Allahın Rəsulu (s) və səhabələri də məhz Quran müsəlmanı olublar.

Necə ki, Ənbiya surəsində Allah, hər zaman üçün haqq və doğru olanın, batil olana üstün gələcəyinə diqqət çəkmişdir. Məhz haqdan yana hərəkət edən ağıllı insanların, hər zaman batilin arxasına sığınan ağılsız insanlara üstün gəlmələrinin səbəbi də budur. Allah bu həqiqəti belə bildirmişdir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz… (Ənbiya surəsi, 18)