Allahın insandan istədiyi tək şey var: Səmimiyyət

Hər gün yüz minlərlə insan bu dünyaya gözünü açır. Möhtəşəm bir yaradılışın nəticəsi olaraq bu insanlar gözlər, əllər, qulaqlar, ürək, beyin, bir sözlə bütün orqanlarla yeni bir həyata başlayırlar. Kiçik bir hüceyrə ikən Allah insanı anasının bətnində böyüdür, bədəni sinir hüceyrələri və damarlarla örtülür, ürəyi döyünməyə başlayır, qaraciyəri, böyrəkləri yavaş-yavaş formalaşır, sümüklər möhtəşəm bir nizamla bədəndə yerləşdirilir. Allah doqquz ay boyu bu cür yüz minlərlə lazımi şəraiti bir araya gətirərək böyük diqqətlə yaratdığı insandan sadəcə tək bir şey gözləyir: Səmimiyyət… Çünki səmimiyyət sanki hər qapını aça bilən olduqca güclü açardır. İnsan ancaq səmimi, ixlaslı olduqda, qəlbi sadəcə Allah eşqi ilə yandıqda Allah qatında bir dəyər qazanır.