Hər dövrdə yer üzündəki insanların çoxunu “…insanların çoxu inanmır” (Rəd surəsi, 1) ayəsində bildirildiyi kimi, inkarçılar təşkil etmişdir. İnkarçılar həmişə müsəlmanlara qarşı sayca üstün olmuşdur. Buna görə də, bu ağılsız və bəsirətsiz insanlar özlərinin daima doğru yolda olduqlarını zənn edirlər. Maddi güclərinin və saylarının inananlardan çox olması onlara güvənlik hissi verir. Bu səbəbdən, hadisələri xarici görünüşünə görə dəyərləndirən cahil insanlar özlərinin üstün olduğundan tam əmin şəkildə hərəkət edirlər. Lakin bilmədikləri böyük bir həqiqət vardır ki, o da Allahın möminlərə olan vədi və dəstəyidir:
…Allah sizin aranızda hökm verəcək və inkar edənlərə, möminlərin əleyhinə bir yol verməyəcəkdir. (Nisa surəsi, 141)
Allah yuxarıdakı ayədə diqqət çəkdiyi kimi hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollarla dəstəkləyir. “İnşirah” surəsində müsəlmana hər çətinliklə bərabər, asanlığın da yaradıldığı sirri verilir. Xəstəliyi yaradan Allahın şəfanı da yaratdığı kimi, hər çətinlik də asanlıq ilə bərabər meydana gəlir. Bu həqiqət belə xəbər verilir:
Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır. (İnşirah surəsi, 5-6)
Allahın dəstək və yardımını ancaq möminlər bilirlər. Onlar həyatı boyu nə ilə qarşılaşsalar da, Allahın daima yardımçı olduğunu bilir və buna görə də hüzurlu olurlar. Allah bəndələrinə belə vəd etmişdir:
Allah sizin düşmənlərinizi çox yaxşı tanıyır. Dost olaraq da, yardımçı olaraq da Allah kifayətdir. (Nisa surəsi, 45)
İnkarçılar və münafiqlər isə bir çox şeydən qorxurlar. Allaha iman etmədiklərindən, Ona şirk qoşduqlarından və hər hadisə və varlığı başıboş zənn etdiklərindən dolayı həmişə qorxu içində yaşayırlar. Həmin bu qorxu Allahın möminlərə qarşı mücadilə edənlərin qəlbinə saldığı qorxudur:
O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam…” (Ənfal surəsi, 12)
Allahın yardım və dəstəyi müsəlmanın bütün həyatını əhatə edir. Tarix boyu Allah inananlara müxtəlif yollarla yardım etmişdir. Bəzən peyğəmbərlərinə möcüzə vermiş, bəzən müsəlmanları görünməyən ordu və mələklərlə, hətta təbiət hadisələri ilə dəstəkləmiş, bəzən də imkansız görünən hadisələrin həyata keçməsini yaratmışdır. Quranda verilən bu nümunələrdən bəziləri belədir:
Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Əhzab surəsi, 9)
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. (Ənfal surəsi, 9)
(Bədr döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən inkar edənlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır. (Ali İmran surəsi, 13)

