Allahın imtahanı hər zaman adildir

Möminlərin imtahanı və çətinliklər

İman edən insanların dünyada müxtəlif sınaqlardan keçiriləcəyini, malları və canları ilə imtahan ediləcəyini, inkarçıların müxtəlif tələləri ilə qarşılaşacağını və əsassız böhtanlara məruz qalacağını Allah Quranda xəbər vermişdir. Yəni saleh möminlər həyatın hər dövründə bəzi çətinliklərlə qarşılaşa bilərlər. Vacib olan odur ki, insanlar bu çətin anlarda Quran əxlaqını yaşasın, hər an Allahı zikr etsin, içində olduğu vəziyyətə şükür edib, hamısında xeyir və gözəllik olduğunu görə bilsin.

Bu deyilənlərin rahat mühitdə, bolluq və nemətlər içində ikən edilməsi çətinlik anına görə, şübhəsiz, daha asandır. Ancaq müsəlmanın imanının gücünü göstərən ən əhəmiyyətli xüsusiyyətlərdən biri, bu üstün əxlaqını çətin zamanlarda yaşamasıdır. Kasıblıq, aclıq, qorxu, mallardan azalma, xəstəlik, inkarçıların təhdidləri, böhtanları və tələləri kimi hadisələrlə qarşılaşdıqlarında səbir göstərən müsəlmanlar gözəl əxlaqlarının qarşılığını daha gözəli ilə alacaqlar.

Quranda inkarçıların elçilərə və saleh möminlərə qarşı qurduqları tələləri və zorbalıqları ilə əlaqədar bir çox nümunə verilir. Fironun qövmünə qarşı göstərdiyi zorba davranış da buna nümunədir. Allah ayədə bunun sınaq olduğunu bu şəkildə bildirir:

Bir zaman Biz sizi fironun tərəfdarlarından xilas etdik. (O vaxt) onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi. (Bəqərə surəsi 49)