Allahın ilhamı: Vicdan

Mömin, həyatının hər mərhələsində, qarşısındakı seçimlər arasından Allah rizasının ən çoxunu

Mömin, həyatının hər mərhələsində, qarşısındakı seçimlər arasından Allah rizasının ən çoxunu seçmək məcburiyətindədir. Allah rizasının ən çox hansı seçimdə olduğunu təsbit etmək üçün əlində olan ən böyük meyar vicdanıdır.

Möminləri digər insanlardan ayıran ən əhəmiyyətli fərqlərdən biri, möminlərin vicdanına, inkarçıların isə nəfsinin əmr etdiyi pis əməllərə tabe olmalarıdır. Bu səbəbdən möminin təbii halı, vicdanı ilə düşündüyü halıdır.

Amma bu, nəfsin möminin üzərində təsiri olmadığı mənasını verməz. Ayədə hz. Yusifin söylədiyinin xəbər verildiyi sözdə olduğu kimi, “…Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər…. “ (Yusif surəsi, 53) Və möminə də Allahın razılığına uyğun olmayan seçimləri əmr edəcəkdir.

Məhz mömin, nəfsin bu oyunlarından vicdanı ilə xilas olar. Möminin seçim qarşısında ümumiyyətlə ilk düşünüb-yönəlməsi gərəkən, Allahın rizasının ən çoxudur. Bundan sonra nəfs dövrəyə girərək digər seçimləri bəzəkli göstərməyə, bəzi bəhanələri doğru göstərməyə çalışacaq. Mömin, nəfsin vəsvəsələrinə diqqət etmədən, vicdanının ona göstərdiyi ilk və ən doğru olanını tətbiq etməlidir.