Allahın Hər Şeyi Əhatə Etməsi, Bizə Şah Damarımızdan Yaxın Olması Necə Olur?

Maddi varlıqlar Allahı görə bilməzlər, amma Allah, Öz yaratdığı maddəni hər şəkliylə görər. Yəni biz Allahın varlığını gözlərimizlə qavraya bilmərik. Amma Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tam olaraq əhatə etmişdir. Onun məlumatı xaricində, tək bir söz söyləyə bilmərik, hətta tək bir nəfəs belə ala bilmərik.

Allahın bizə göstərdiyi hissləri seyr edərkən, yəni həyatımızı yaşayarkən də bizə ən yaxın olan varlıq, Allahın Özüdür. Quranda yer alan “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından daha yaxınıq.” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. Bir insan öz bədəninin əsli ilə təmasda olduğunu zənn etdiyində və gördüyü hər anın zehnində reallaşdığını düşünmədiyində, bu əhəmiyyətli həqiqəti qavraya bilməz.

Çünki “özünü” zənn etdiyi yer beynidirsə, xarici olaraq qəbul etdiyi yer özünə 20-30 sm kimi müəyyən uzaqlıqda olar. Amma maddənin yalnız beynindəki surətiylə təmasda olduğunu qavradığında, artıq xarici, daxili, uzaq, yaxın kimi anlayışlar mənasızlaşar. Allah özünü əhatə etmişdir və ona “sonsuz yaxın”dır.