Maddi varlıqlar Allahı görə bilmir, amma Allah yaratdığı maddəni bütün formalarında görür. Yəni, biz Allahın varlığını gözlərimizlə görə bilmərik. Lakin Allah bizim daxili və xarici varlığımızı, baxışlarımızı və düşüncələrimizi tamamilə əhatə etmişdir. Ondan xəbərsiz bir kəlmə belə deyə bilmərik, hətta nəfəs belə ala bilmərik.
Allahın bizə göstərdiyi hissləri seyr edərkən, yəni həyatımızı yaşayarkən də bizə ən yaxın olan varlıq, Allahın Özüdür. Quranda yer alan “Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq.” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. Bir insan öz bədəninin əsli ilə təmasda olduğunu zənn etdiyində və gördüyü hər anın zehnində reallaşdığını düşünmədiyində, bu əhəmiyyətli həqiqəti qavraya bilməz. Çünki “özü” zənn etdiyi yer beynidirsə, çölü olaraq qəbul etdiyi yer özünə 20-30 sm kimi müəyyən uzaqlıqda olar. Amma maddənin yalnız beynindəki surətiylə təmasda olduğunu qavradığında, artıq xarici, daxili, uzaq, yaxın kimi anlayışlar mənasızlaşar. Allah özünü əhatə etmişdir və ona “sonsuz yaxın”dır.

