Vicdan, hər insana gözəl olan rəftarı və düşüncəni söyləyən, insanın sağlam mühakimə etməsini, doğrunu və yanlışı bir-birindən ayırd edə bilməsini təmin edən mənəvi xüsusiyyətdir.
Vicdanın əhəmiyyətli bir xüsusiyyəti bütün insanlarda ortaq olmasıdır. Yəni insanın vicdanına görə doğru olan, eyni şərtlər olduğu müddətcə digər insanların vicdanları üçün də keçərlidir. Vicdanlar heç bir zaman zidd düşməz. Bunun səbəbi isə vicdanın mənbəyidir; vicdan Allahın ilhamıdır. Allah, hər insana vicdanı vasitəsi ilə Özünün razı olacağı ən doğru və ən gözəl rəftarları bildirir.
Vicdanın Allahın ilhamı olduğu Quranın Şəms surəsində belə bildirilir:
And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür. (Şəms surəsi, 7-10)
Yuxarıdakı ayələrdə Allah nəfsə fücuru (günaha və üsyan etməyə çalışmaq, fasiq olmaq, yalan söyləmək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi) və eyni zamanda ondan çəkinməyi ilham etdiyini bildirilir. İnsanı pis əməllərdən çəkindirən və doğrunu göstərən vicdanıdır.
Vicdanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə insanın öz-özünə doğrunu tapmasına kömək etməsidir. Vicdan, kimsə göstərməsə də insana doğrunu göstərəcək, ancaq əhəmiyyətli olan insanın vicdanına üz tutması, onun nə dediyini dinləməsi və nöqsansız olaraq söylədiklərini tətbiq etməkdir. Bu səbəblə vicdan dinin təməl ünsürüdür deyə bilərik.

