Allahın “Hadi” ismi

Zumər surəsi, 22-ci ayə; “Allah, kimin qəlbini İslama açmışsa,” deməli, Allahın qəlbi İslama

Zumər surəsi, 22-ci ayə; “Allah, kimin qəlbini İslama açmışsa,” deməli, Allahın qəlbi İslama açması lazımdır. Yalandan efirə çıxıb ya da Youtubeda videolar əlavə edərək din yayılmır. Allahın ilk əvvəl qəlbi İslama açması lazımdır. “Artıq o, Rəbbindən bir nur üzrə, (elə) deyilmi? Lakin Allahın zikrindən (yana) qəlbləri qatılaşmış olanların vay halına. Məhz onlar, açıq-aşkar bir pozğunluq içindədirlər.” Ayənin əbcədi 2022 tarixini verir. 22-ci ayə. 2-lər hakimdir.

“And olsun,” deyir Allah, and içir. “Biz bu Quranda, bəlkə öyüd alıb düşünərlər deyə,” öyüd alacaq və düşünəcək. Deməli, düşünmək çox əhəmiyyətlidir. Allah nə deyir? “And olsun, Biz bu Quranda, bəlkə öyüd alıb düşünərlər deyə, insanlar üçün hər bir nümunədən verdik.” Deməli, Quranda verilən hər bir nümunəni dərindən düşünəcəyik, inşaAllah. “Ümid edilər ki, çəkinərlər. Heç şübhəsiz, sən də öləcəksən, onlar da öləcək” deyir Allah, ölümə də diqqət çəkir. Heç kim dünyada əbədi deyil.

“Sonra şübhəsiz sizlər, qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.” Ruhsuz zombilərin hamısı öldüyü anda birbaşa qiyamətə düşürlər və başlayırlar mübahisə etməyə bir-birləri ilə, şikayət edirlər.

“De ki: “Allah, mənə yetər. Təvəkkül edəcək olanlar, Ona təvəkkül etsinlər.” Qlobal güclərə deyil. Allaha təvəkkül etmək lazımdır, inşaAllah. “Allah kimi hidayətə çatdırsa, onun üçün bir azdırıcı yoxdur.” Artıq o dəccalın təsirinə girmir. Mehdiliyin təsirindədir. “Allah, intiqam sahibi, güclü və üstün olan deyilmi?” Allah “Hadi” ismi ilə təcəlli etdisə, o insan Mehdi bənzəridir. “Onun üçün bir azdırıcı yoxdur.” Dəccal ona təsir etməz. “Allah, intiqam sahibi, güclü və üstün olan deyilmi?” İntiqam alan da Allahdır. Güclü və üstün olan da qlobal güclər deyil, Allahdır. Bunu hər kəs bilməlidir, inşaAllah.