Onlar özlərinə xəbərdar edən bir peyğəmbər gəldiyi təqdirdə, hər hansı millətdən daha çox doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içmişdilər. Onlara xəbərdar edən bir peyğəmbər gəldikdə isə bu onları ancaq haqdan uzaqlaşdırdı. (Fatir surəsi, 42)
Günümüzə işarə edən tərəfi, onlara hz. Mehdi (ə.s) gəlsə, çox mükəmməl xidmət edəcəyik dedilər. Məsələn, din xadimləri “Ya Rəbb, bizə hz. Mehdini (ə.s) göndər” deyə yeri-göyü inlədir. Amma Allah ayədə onlara xəbərdar edən gələndə daha da nifrətləri artdı deyir.
Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir təbəddülat tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən! (Fatir surəsi, 43)
Təkəbbür göstərərək və pisliyi hazırlayıb təşkil edərək: Eqoistlik edərək və İslamın hakimiyyətinə maneə törədərək, müsəlmanların qurtuluşuna maneə törədərək. Allah, mütləq Allahın qanunları meydana gələr deyir.
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Halbuki onlar bunlardan daha güclü idilər. Göylərdə və yerdə Allahı aciz qoya bilən heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə qadirdir. (Fatir surəsi, 44)
Məsələn, Osmanlı süqut etdi, digər dövlətlər süqut etdi, Qurana tam tabe olmadıqda Allah həmişə fəlakət vermişdir. Həqiqətən, böyük bir güc idilər.
Nə münafiqlər, nə saxtakarlar, nə cahillər İslamın hakimiyyətinə maneə törədə bilməzlər.

