Allahın əmri: İslamdan pul qazananlara inanmayın

Peyğəmbərlər mükafat istəməzdi

“Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?” (“Hud” surəsi, 51).

“Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 127).

Bütün peyğəmbərlərin həyatından gördüyümüz kimi, ömür boyu insanlara dini təbliğ edib onlardan heç bir qarşılıq gözləməmək mühüm bir mömin xüsusiyyətidir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın, kimlərlə bərabər olursa olsun, insanları Allahın bəyəndiyi əxlaqa çağırmağa, onlara hər an daha da yaxınlaşan hesab gününü xatırlatmağa cavabdehdir. Buna görə də heç kimdən bir qarşılıq gözləməz, yalnız vəzifəsini ən gözəl şəkildə yerinə yetirməyi və Allahın ondan razı olmasını istəyər.