Allahın Əfuv və Qaffar adının təcəllilərini necə görərik?

Allahın Əfuv adı “əfvi çox olan”, Qaffar adı isə “məğfirəti, bağışlaması çox olan” mənasındadır. İnsan səhv etməyə, unutmağa və yanılmağa meyilli bir varlıqdır. O, həyatı boyunca minlərlə dəfə səhv edər, etdiyi bu səhvlərə görə dəfələrlə peşman olar. Lakin tövbə etdiyi təqdirdə, hər dəfə Allahı mərhəmətli, əfv edən və bağışlayan olaraq görər. Çünki Allah Öz bəndələrinə mərhəmət edən, onları qoruyan və bağışlayandır.

Allah bu həqiqəti belə bildirmişdir:

Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər. (Nisa surəsi, 110)

Başqa bir ayədə isə Allahın şirkdən başqa bütün günahları bağışlaya biləcəyi bildirilmişdir:

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar. (Nisa surəsi, 48)