Allahın dininə dəvət hansı şəkildə olar?

İnsanlara dinin və gözəl əxlaqın təbliğ edilməsi Allahın bir əmridir:

Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (Ali İmran surəsi, 104)

Allah bir ayəsində: “Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! …” (Nəhl surəsi, 125) şəklində əmr etmişdir. Allahın dininə dəvət Quranın hökmlərinin “hikmətlə və gözəl öyüd-nəsihətlə” izah edilməsi ilə olar. Bu təbliğ zamanı Allahın varlığı, birliyi və yaratmadakı bənzərsiz sənəti kimi mövzular xatırladılaraq, dinə dəvət edilən şəxsin Allaha qarşı olan ehtiramı, sevgisi və qorxusu artırılar. Gözəl əxlaqlı bir insanın hadisələr qarşısında necə davranacağı ətraflı şəkildə təsvir edilər. İnsanın dünyada mövcud olma qayəsi, burada imtahan olunduğu, ölümün yaxınlığı, ölümdən sonra hesaba çəkiləcəyi və bu hesaba əsasən cənnətə, yaxud cəhənnəmə gedəcəyi də bildirilər. Allahın sonsuz ədaləti ilə cənnəti və cəhənnəmi necə hazırladığı da xatırladılaraq, şəxsin pis bir aqibətdən qorunub çəkinməsi təmin edilər. Allahı, Quranı və axirəti bu vəsflərlə tanıyan şəxslər, bu mərhələdən sonra vicdanlarının səsinə uyğun hərəkət etdikləri təqdirdə, Allahın əmrlərini nöqsansız şəkildə yerinə yetirməyə çalışarlar.