Allahın cənnət əhli üçün hazırladığı nemətlər

Allah Quranda Cənnəti təsvir edən ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir

Allah Quranda Cənnəti təsvir edən ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir nemət üfüqü açır. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır.” (Qaf surəsi, 35) ayəsi ilə Cənnətdəki nemət bolluğu xəbər verilir.

Allah insanları hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq şəkildə yaratmışdır. Buna görə də, insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə çatmaq üçün cəhd edir. Daima gözəllik və nemət axtarır. Ancaq bunu nə qədər çox istəsə də, bunun üçün nə qədər çox səy göstərsə də, dünya həyatında heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əksik yaratmışdır.

Əlbəttə, Allahın belə yaratmasında bir çox hikmət var. Çünki “O, Xaliq, yoxdan Yaradan, Surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hakimdir.” (Həşr surəsi, 24) ayəsində bildirildiyi kimi, Allahın yaratması qüsursuzdur. Rəbbimiz dilədiyi hər şeyi yaratmağa qadir olandır. Bu səbəbdən, dünya həyatındakı bütün nöqsanların bir məqsədi var. Bunlardan biri də Cənnətin varlığını qavramaq və bunun üçün səmimi səy göstərməkdən ibarətdir.

Allah insanın fitrətini ancaq Cənnətdə rahat edə biləcəyi və nəfsinin istəklərini ancaq orada ödəyə biləcəyi şəkildə yaratmışdır. Quranın bir çox ayəsində bu həqiqət açıqlanmışdır. Buna görə, insan əsl həyatını Cənnətdə yaşayacağını əsla unutmamalıdır. Bu mövzudakı Quran ayələrindən bəziləri belədir:

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. (Ali İmran surəsi, 133)

– Cənnətdə Allaha və Onun təcəllisinə aşiq olacaqlar

Cənnət gözəlliklər yurdudur. Cənnətin hər yeri gözəldir. Çeşmələri, bağçaları, yastıqları, Allah yastıqların belə naxışlı olduğunu söyləyir Cənnətdə. Yataqları atlasdandır. Hər yeri bir-birindən gözəldir Cənnətin. Cənnət əhli gözəlliyə, Allahın gözəlliklərinə, təcəllisinə aşiq olacaqlar. Allaha aşiq olacaqlar.

– Cənnətdə ziddiyyət yoxdur, hər şey müsbətdir

“Cənnətdə zövq üçün oturarsan, zövq üçün yeyərsən. Dünyada isə əziyyətdən xilas olmaq üçündür, insanlar əziyyətdən xilas olmaq üçün su içirlər. Orada isə zövq üçün olur hər şey. Yəni hər hansı bir əziyyətdən xilas olmaq üçün deyil. Məsələn, burada soyuducudan istifadə edirik, soyudan alətlərdən istifadə edirik. İstidən narahat olduğumuz üçün. Orada istidən narahat olma problemi yoxdur, yəni əziyyət yoxdur. Dünyada müsbətlər və mənfilər var, ziddiyyətlər var. Cənnətdə isə yoxdur. Yəni hər şey müsbətdir. Burada hər şeyin istisnasız ziddi var. Yaxşı-pis, gözəl-çirkin, çirkli-təmiz. Orada – Cənnətdə elə bir şey yoxdur.

– Cənnətdə yeni rənglər, yeni səslər, yeni dadlar var

Cənnətdə yeni rənglər var, yeni səslər var, yeni notlar var, yeni zövqlər var. Çox təəccüblənəcəklər, İnşaAllah. Çox xoşlarına gələcək insanların, rəngləri, hissləri daha fərqli olacaq, yeni dadlar olacaq. Heç bilmədikləri yeni dadlar dadacaqlar, İnşaAllah.

– Cənnət huriləri, qılmanları və vildanları möminlərə xidmət edəcəklər

Cənnət huriləri, vildanları, qılmanları var. Onlar oranın bəzəyi, yaraşığıdır. Yəni gənc və gözəl qadınlar (hurilər) (Tur surəsi, 20, Duxan surəsi, 54), gözəl və kiçik uşaqlar, gənc və gözəl cavanlar (qılmanlar və vildanlar) (Tur surəsi, 24, Vaqiə surəsi, 17, İnsan surəsi, 19). Bunlar müsəlmanlara xidmət edirlər. Hamısı Allahın yaratdığı xüsusi varlıqlardır.

– Cənnət əhli peyğəmbərlərlə söhbət edəcək

Cənnətin bir gözəlliyi də budur, yəni qarşılıqlı söhbətlər. Hər peyğəmbərdən ayrı-ayrı soruşacayıq, nə etdiklərini. Hz. Musa necə etdi, nə etdi, onun səhnələrini görəcəyik.

– Möminin dünyada zövq aldığı hər şey Cənnətdə də yaradılacaq

Dünyada sevdiyi heyvanları varsa, xoşladığı şeylər varsa, onlar orada yenidən canlanacaq. Onları sevəcək, onlarla birlikdə olacaq. Xoşuna gələn nə varsa. Məsələn, texniki alətlərdən xoşlanırsa, onlar yaradılacaq. Avtomobildən xoşlanırsa, avtomobil.Təyyarədən xoşlanırsa, təyyarə.

– Axirət Cənnət əhli üçün sevgi yurdudur

Axirət Cənnət əhli üçün çox möhtəşəm, gözəl sevgi yurdudur. Doya-doya sevgini yaşayacağımız, söhbət edəcəyimiz bir yerdir.

– Möminlər Cənnət nemətlərdən sərhədsiz faydalanacaqlar

Məsələn, burada yemək yeyirik, dərhal doyuruq. İki qabla məsələn. Orada elə deyil. İstədiyin qədər yeyərsən. Yenə yeyərsən, yenə yeyərsən, meyvələri istədiyin qədər yeyərsən. Burada 2-3 meyvə yesən, doyarsan. Orada elə deyil, çəkin də artmaz. Xolesterol problemi də yoxdur. Heç bir şey yoxdur, yuxun gəlməz, yorulmazsan.

– Cənnətdə möminlər üçün bütün nemətlərin əsli yaradılacaq

Cənnətin suları gözəldir, hər şeyi xoş ətirlidir. Məsələn, qoxu dalğaları gəlir. Bir gün gül, bir gün qərənfil qoxusu kimi. Amma daha mükəmməl olacaq.

– Möminlər Cənnətdə ağıllarından keçən hər şeyə qovuşacaqlar

İnsanların xoşuna gələn kiçik çaylar olacaq, su arxları olacaq. Çox gözəl evlər olacaq. Amma həddindən artıq gözəl evlər, həddindən artıq gözəl paltarlar olacaq. Həddindən artıq gözəl yeməklər olacaq və hər cür texniki alət, yəni bizim bildiyimiz hər şeyə, ağlımızdan keçən hər şeyə qovuşma imkanımız var. Çünki Quranda bu açıq şəkildə bildirilir. “… Orada onların ürəklərinin istədikləri hər şey var”, – deyir Allah (Nəhl surəsi, 31). Yəni bizim xəyal etməyimiz kifayət edəcək.

– Cənnət əhlində qüsur və acizlik əlaməti olmayacaq

Cənnət qadınları da çox gözəldir. Heç bir şişirtmə, heç bir şey, qəribəlik yoxdur, qüsursuz gözəldirlər. İnsanın acizliyinə aid heç bir şey yoxdur. İnsana aid acizliklər qəsdən verilir dünyada. Qadınlarda və kişilərdə heç bir qüsur, əksiklik və acizlik əlaməti olmayacaq və sonsuza qədər bu belədir.

– Cənnətdə çirklənmə, tozlanma yoxdur

Məsələn, toz yoxdur Cənnətdə, çirklənmə olmaz. Toz möcüzədir. Tozun hər bir dənəsi belə möcüzədir. Xüsusi yaradılır. Əşya xüsusi olaraq köhnəldilir. İnsan yaşlanır. Cənnətdə yaşlanma yoxdur. O da möcüzədir. Çirklənmə yoxdur. İnsan bir dəfə təmiz olaraq Cənnətə girəcək. Təmiz olacaq və sonsuza qədər bir daha çirklənməz. Yəni bədənində heç bir ifrazat meydana gəlməz. Sonsuza qədər bu, belədir. İnsan bu dünyada çox acizdir. Təpədən-dırnağa insanın acizliyini hər kəs bilir. Bu acizliyin heç biri yoxdur Cənnətdə. Acizlik xüsusi olaraq yaradılmışdır dünyada. Dünya sevgisinin olmaması üçün xüsusi yaradılmışdır.

– Cənnətdə Allahdan bir rəhmət olaraq bezmə və yorulma yoxdur

“Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir”. “Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə heç bir yorğunluq toxunmayacaqdır!” İnsanlar gecə olanda dərhal yuxuları gəlir. Burada yorğunluğun olmadığını deyir. Burada bizə kədərin də toxunmayacağını deyir (Fatir surəsi, 32-35). Cənnətdə insanlar deyirlər: “Bezərikmi”. “Bezginlik də yoxdur”, – deyir; Allah sevgisindən bezilərmi? Rəhmanın söhbətindən, Allah eşqindən bezilərmi?

– Cənnətdə yaradılan gözəlliklərdən bəziləri

Məsələn, xalatlar, paltarlar, bütün paltarlar çox gözəl bəzənmişdir. Bu dünyada da elə bəzəkli yaradılır. Məsələn, paltarlar da bizim beynimizdə yaradılır. Allah yaradır. Lakin bəzəyi azdır. Yəni dünyada keyfiyyətli, gözəl bir paltar görən insan heç olmamışdır. Cənnətdə sonsuza qədər köhnəlməz. Amma daima dəyişər. Həmişə qoxu küləkləri meydana gələcək Cənnətdə. Məsələn, gül qoxusu kimi, qərənfil qoxusu kimi, bənövşə qoxusu kimi, həmişə dəyişəcək. Dünyada Allah bunu ancaq ətirdə yaradır, ancaq çiçəkdə yaradır, yəni bir imtahan mühiti olduğu üçün məhdud yerlərdə yaradır Allah. Cənnətdə geniş sahələrdə yaradacaq. Ətir şüşəsində yaradılan bir qoxunun daha mükəmməli Cənnət küçələrində, Cənnət xiyabanlarında olacaq. Cənnət daim işıqlıqdır, Cənnətdə heç yuxu gəlməz insana. Aclıq hissi gəlməz. Üşümə hissi gəlməz. İstilik hissi gəlməz. Yorğunluq hissi gəlməz. Heç bir halda yorulmaz, yuxu basmaz.

Ən çox xoşlanılan şeylər peyğəmbərlərlə edilən söhbətlərdir. Cənnətdəki gəzintilərdir. Cənnətdə çox çay var. Kiçik çaylar… “Ağacları altından çaylar axar”, – deyə bildirilir (Nisa surəsi, 57) ayədə. İnsanlar suyu çox sevdikləri üçün Cənnətdə hər yerdə belə çaylar var. Məsələn, axan çeşmələr var, insanların xoşuna gəldiyi üçündür bu, nemət bulaqları var.

…”Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – (deyiləcək). Bu, böyük uğurdur. (Hədid surəsi, 12)

Belə dediklərinə görə də Allah onları (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. (Maidə surəsi, 85)