Allahın bildirdiyi İslam

Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir

Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir. Əsl din əxlaqı Allahın əmrlərini əksiksiz yerinə yetirməklə yaşanılır. İnsanların bəziləri isə bu əxlaqı yaşamaqdan çox çəkinirlər. Allahın hökmlərinə tamamilə təslim olmaq istəmir, öz nəfslərinin də qane olacağı bir din modeli yaratmağa çalışırlar. Bunun üçün, bəzi qaydalar, prinsiplər yaradır və dinin də bu prinsiplərlə uyğunlaşmalı olduğunu düşünürlər. Öz qayda və məntiqləri ilə uyğunlaşdığı müddət ərzində din əxlaqını yaşamağı qəbul edirlər. Halbuki, bu çox böyük bir aldanmadır. Çünki əsl din əxlaqı insanların dediyi kimi deyil, Allahın bildirdiyi kimi yaşanılan əxlaqdır.

Allah Quranda yanlış məntiqlərinə görə hərəkət edən və Allahın bildirdiyi kimi yaşamayan insanların aldanmalarını bu şəkildə xəbər verir:

Sizə nə olub, necə hökm verirsiniz?! Yoxsa sizin bir kitabınız var və siz (bu yanlış hökmləri) oradanmı oxuyursunuz?! Orada bəyəndiyiniz hər şey mütləq sizin olacaqdır (yazılıb)?! Yoxsa Biz sizə hökmünü verdiyiniz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik?! Onlardan kimin buna zamin duracağını soruş. (Qələm surəsi, 36-40)

Allahın bildirdiyi kimi deyil, insanların dediyi kimi yaşayan bu insanların bir çox yanlış və azğın nəticələrə gəlmələrinə səbəb olur. Nümunə olaraq, Peyğəmbərimizin dövründə yaşayan münafiqlər bu cür nəticələrə gələrək fitnə yaratmağa çalışmış, möminləri haqq yoldan uzaqlaşdırmağa çalışmışlar. Allah münafiq və müşrik əxlaqlı insanların bu çirkin xüsusiyyətlərini belə bildirmişdir:

Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir! (Fəth surəsi, 6)

Ayədə bildirildiyi kimi, insanların düşdükləri yanlış və pis zənlər əslində onların özlərinə zərər vermiş, Peyğəmbərimiz və səhabələr isə Allahın izni ilə hər zaman qalib gəlmişlər. “Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər?” (Maidə surəsi, 50) ayəsi ilə də bildirildiyi kimi, bu insanları belə nəticəyə gətirən səbəblərdən biri Allahın bildirdiyi əxlaqla deyil, cahil insanlardan öyrəndikləri səhv məntiqlərə əsasən hərəkət etmək istəmələridir. Halbuki, Allah Quranda “Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə surəsi, 50) deyə bildirmişdir.

İnsanları Allahın bildirdiyi kimi din əxlaqını yaşamaqdan uzaqlaşdıran ən mühüm ünsürlərdən biri ağıl və vicdanları ilə deyil, nəfsləri ilə düşünmələridir. Başqa bir ifadə ilə, öz istək və həvəslərinə görə hərəkət etmələridir. Bu insanların haqqa deyil, batil olana uymalarına, həm özlərinə, həm də ətrafındakılara maddi, mənəvi böyük sıxıntılar yaşatmalarına səbəb olur. Allah Quranda nəfsin insanı hər zaman pis əməllərə yönəltdiyini belə bildirmişdir:

Mən nəfsimi də təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”. (Yusif surəsi, 53)

Bir başqa ayədə isə Rəbbimiz insanların öz istək və həvəslərinə uymalarının böyük bəlalara səbəb olduğunu belə xəbər vermişdir:

Əgər haqq onların arzu və istəklərinə uysaydı, göylər, yer və onların içindəkilər mütləq fəsada məruz qalardı. Xeyr, Biz onlara Zikrlərini (Quranı) gətirdik. Ancaq onlar Zikrlərindən üz çevirirlər. (Muminun surəsi, 71)

Allahın endirdiyi din insanın yaradılışına ən uyğun olanıdır. İnsanlar öz məntiqinə, mədəniyyətinə, əldə etdikləri məlumatlara görə yaşadıqları saxta din isə müxtəlif sıxıntılara səbəb olur. Çünki Quran əxlaqını yaşamayan bir insan hər şeyin öz nəfsinə uyğun olmasını istəyir. Onun üçün əsas olan nəfsinin istəklərinin qane olmasıdır. Bu vəziyyətinin hansı nəticələrə səbəb ola biləcəyini isə çox vaxt düşünmürlər. Düşünsələr belə nəfsi ona öz istək və həvəslərini daha əhəmiyyətli göstərir. Nəfsə görə hərəkət edildikdə insanın ən çox özünün rahat olması, özünün ön planda olması istənilir. Quran əxlaqını yaşamayan insanların bu bitmək bilməyən həvəsləri Quranda belə xəbər verilir:

Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Nəcm surəsi, 24)

Nəfsinin planlarına zidd vəziyyət yarandıqda bu insanlar düşünmədən, qəfil duyğusallıq, küsmək, əsəbiləşmək kimi Quran əxlaqına uyğun olmayan davranışlar göstərə bilirlər. Belə vəziyyət bu insanların eqoist, sevgisiz, kinli olmalarına səbəb olur. Bu insanlar ən çox özlərini sevirlər. Yaxınlarını, dostlarını və ya ailələrini sevdiklərini iddia etdiklərində isə bu sevgi anlayışı mütləq onların nəfslərinə uyğun olmalıdır. Yəni sevgilərində Allahın rızasını, rəhmətini, cənnətini düşünmür, bəzi dünyəvi mənfəətlərə görə hərəkət edirlər.

Bütün bunların ən başda insanın özünə zərər verdiyi aydındır. Həmişə nəfsinin istəklərini yerinə yetirməyə çalışan insan özünə zərər verən həvəslərlə yaşamağın əziyyətini çəkir. Güvənmək, rahatlıq əvəzinə daima narahatlıq, qorxu içərisində yaşayırlar. Sahib olduğu hər şeyin Allahın bir lütfü olduğunu düşünərək hərəkət etmədiyi və təvəkkül etmədikləri üçün sahib olduqlarını itirməkdən, ya da hadisələrin istədikləri kimi olmayanda yaranan qorxu ruh tarazlığını pozur.