Passiv sözünün lüğətdəki mənası “bir şeyə qarşı reaksiya verməyən, aktiv olmayan, durğun, utancaq”dır. “Passiv bir insan” dedikdə xarakter etibariylə şövqsüz, ətrafında baş verən hadisələrlə maraqlanmayan, insanların sıxıntıları və problemləri ilə maraqlanmayan, ətrafındakı çatışmazlıqlara çıxış yolu tapmaq niyyətində olmayan, utancaq, öz kiçik aləmində yaşayan bir insan modeli ağıla gəlir. Bu cür durğun xarakteri bilərək nümayiş etdirərək bu çirkin modeli hiyləgərcəsinə müsəlmanlar arasında yaşatmağa çalışan insanlar vardır.
Özünü “Müsəlman” olaraq tanıdan insanların içində Quran əxlaqını yaşamayan və yaşanmasını istəməyən, inananlara zərər verməyə çalışan fərqli şəxsiyyətdə və düşüncədə insanlar vardır. “Passiv” dediyimiz insan modeli, Quranda bir çox ayədə bildirilən və diqqət edilməsi üçün xəbərdarlıq edilən bir insan xarakteridir. Bu insanlar müsəlmanların yaşadığı yüksək iman həyəcanını içlərində yaşamaz, onların xoşbəxtlik və hüzurundan uzaq, soyuq və donuq bir həyat yaşayarlar.
Bu kəslər, Allahın böyüklüyünü anlamağı, Quran əxlaqını mənimsəməyi istəmədiklərindən, din əxlaqının yaşanması və izah edilməsi məqsədiylə edilən hər cür cəhddə həmişə geridə qalan, hadisələri uzaqdan izləməklə kifayətlənirlər. Nə həyatında, nə də iman anlayışında aktiv, ağıllı və sağlam bir yanaşma tərzləri yoxdur.
Allah Quranda, “Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”. (Nisa surəsi, 72) ayəsi ilə müsəlmanlara bu xarakterdəki insanların şəxsiyyətlərindən xəbər verir.
