Allahın bəyəndiyi səbr necə olar?

Quranda insanın Allah üçün səbir etməsi bildirilmişdir. Bir ayədə Rəbbimiz, “Rəbbin üçün səbir et” (Müddessir Suresi, 7) deyə bildirmişdir. İnsanın Allahın razılığını qazanmaq üçün göstərdiyi gözəl əxlaqda, etdiyi xeyirli işlərdə ən əhəmiyyətli xüsusiyyətlərindən biri səbirdir.

Ancaq, səbir ilə “dözüm” anlayışlarını bir-birindən ayırmaq lazımdır. Dözüm, xoşa gəlməyən, acı verən çətinliyə dözməkdir. Halbuki, Quranda nəzərdə tutulan səbir, mömin üçün çətinlik qaynağı deyil. Mömin, Allahın razılığını qazanmaq üçün səbir edər, bu səbəbdən səbrindən ötrü bir çətinliyə qapılmaz, əksinə mənəvi bir həzz duyar.

Həmçinin səbir, Quranda izah edilən bütün mömin xüsusiyyətlərini də əhatə edən bir xüsusiyyətdir. Çünki bir insan; təvazökar, cömərd, fədakar, itaətkar ola bilər, lakin bu xüsusiyyətləri davam etdirmə mövzusunda səbir göstərsə, bunların həqiqi bir dəyəri olar. Yəni səbir, digər bütün mömin xüsusiyyətlərini qiymətli və etibarlı edən bir xüsusiyyətdir.