Allahın bənzərsiz yaratma sənəti: Qarpız

Quru torpaqdan çıxan sulu qarpız insanın suya ən çox ehtiyac duyduğu fəsildə, yəni yayda yetişir. Qarpızın 95%-nin su olmasına baxmayaraq, olduqca ləzzətlidir. Allah qalan 5%-ə möhtəşəm ləzzət yerləşdirmişdir. Bu Aləmlərin Rəbbi olan Uca Allahın bənzərsiz və qüsursuz yaratma sənətidir.

“O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım və çox nankordur.” (İbrahim surəsi, 34)