Orqanizmimizi əhatə edən möcüzəvi sistemlərdən biri də qan damarlarının əmələ gətirdiyi sistemdir. Qan damarları da sinir sistemi kimi orqanizmin hər tərəfini dolaşır. Hətta damarlarımız o qədər uzundur ki, onları düz bir sahədə açsaq, uzunluğu təxminən 100 min kilometr olar. Əslində, qan damarlarının orqanizmimizin hər tərəfini əhatə etdiyini anlamaq çətin deyil. Orqanizmimizin hər hansı bir yerində kiçik kəsik olsa, o yerdən dərhal qan çıxır. Bu, qan damarlarının sizin hər yerinizi əhatə etdiyini göstərir. Qan damarlarının orqanizmin hər yerində olması çox əhəmiyyətlidir. Çünki əvvəlki hissədə də qeyd etdiyimiz kimi, qan damarları vasitəsilə hüceyrələrin ehtiyac duyduğu qidalar daşınır. Hüceyrələrin fəaliyyəti üçün lazım olan oksigen də damarlarda axan qan vasitəsilə hüceyrələrə çatdırlır.
Qan damarlarındakı qidaların daşınmasını gəmilərin dəniz vasitəsilə yük daşımalarına bənzətmək olar. Gəmilərdə yük daşınacağı zaman gəmini əvvəlcə limanda yükləyirlər. Buna görə qablaşdırılma və yerləşdirilmə aparılmalıdır. Yükləmə bitdikdən sonra isə gəmi dənizə çıxır və yükü çatdıracağı limana doğru hərəkət edir.
Limana çatdığı zaman bağlamalar boşaldılır və müvafiq mərkəzlərə göndərilir. Qan damarlarında da nəhəng okeanda gəmilərin yük daşıması kimi hüceyrələrin ehtiyacı olan qidalar daşınır. Oksigen, yağ, amin turşuları bağlama şəklində qanda hərəkət edir və lazımi hüceyrələrə çatanda boşaldılır. Bu daşıma sistemində heç bir səhv olmur. Hər bir maddə hüceyrəyə vaxtında və miqdarında çatdırılır. Bunun əksinə, bir hüceyrəyə oksigen əvəzinə yağ getsəydi, bu həmin hüceyrənin ölməsinə səbəb olardı. Diqqət edirsinizsə, hətta bu sistemdəki ən kiçik qüsur da böyük zərərlərə gətirib çıxara bilərdi. Lakin bu qüsur baş vermir. Çünki bunların heç biri təsadüfən əmələ gəlməmişdir. Bizi yaradan Allah bu sistemi də qüsursuz olaraq yaratmış və bizim ixtiyarımıza vermişdir.
Orqanizmimizin ehtiyacı olan hər bir maddənin qan vasitəsilə lazımi orqanlara çatdırıldığından bəhs etmişdik. Qan hüceyrələri bu daşıma əsnasında karbon qazı kimi artıq maddələri də toplayır və onların bədəndən xaric edilməsi funksiyasını yerinə yetirirlər. Bir mənada qan tullantı toplayan rolu da oynayır. Hər gün 100 trilyon hüceyrəni dəfələrlə dolaşaraq həm ehtiyacları olan qidaları verir, həm də onların tullantılarını yığır.
Sadəcə maye olan qan belə diqqət və məsuliyyət tələb edən işi səhvsiz yerinə yetirir. Tərkibində daşıdığı maddələrin hamısının nə olduğunu, nə məqsədlə istifadə edildiyini və hara çatdırılacaqlarını çox yaxşı bilir. Məsələn, bir hüceyrədən tullantı olaraq aldığı karbon qazını səhv olaraq başqa bir hüceyrəyə vermir. Hər zaman hüceyrələrdən karbon qazını alıb onlara oksigeni verir. Qan bu işi heç yorulmadan, səhv etmədən yerinə yetirir. Bunun səbəbi qanın Allahın orqanizmimizdə yaratdığı qüsursuz planın bir hissəsi olmasıdır. Rəbbimizin yaratdığı sistemə qeyd-şərtsiz itaət edən bütün qan hüceyrələri öz funksiyalarını bu səbəblə səhv etmədən yerinə yetirirlər.
Hüceyrələrə yaranı bağlamalı olduqlarını öyrədən kimdir?
Bütün bunları hüceyrələrin təsadüfən öyrənməsi və ya öz səyləri ilə etməsi mümkün deyil. Hətta ağıllı insanların da belə incə sistem yaratması, hüceyrələrə nə edəcəklərini öyrətməsi qeyri-mümkündür. Allah onlara ilham edir və beləliklə hüceyrələr qüsursuz bir planla hərəkət edirlər.
O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi? Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcəkdir. (Mülk surəsi, 3-4)

