Allahın ayələrinə qarşı mübarizə aparanlara sevgi bəsləməmək

Möminin bütün dəyər ölçüləri Qurana əsaslanır

Möminin bütün dəyər ölçüləri Qurana əsaslanır. Sevgi də bunlardan biridir. Mömin yalnız Allahı və Allahın sevdiklərini sevir. Allahın və möminlərin düşmənlərinə qarşı isə böyük kin və nifrət hissi bəsləyir. Bu, Allahın Quranda müəyyən etdiyi açıq və qəti hökm olmaqla bərabər əlbəttə ki, səmimi mömin imanının səmimi nəticəsi olaraq başqa cür hərəkət etməz. Bu, möminin duyduğu səmimi imandan irəli gələn hərəkətdir və o bunu sidq-ürəklə edir. İmanının dərəcəsi artdıqca, onun Allaha və möminlərə duyduğu sevgi hissi də artır.

Lakin hər şeyə rəğmən bəzən Quran hökmləri, ümumiyyətlə, iman və İslamla yenicə tanış olmağa başlayan insanlarda keçmişdə yaşadıqları yanlış sevgi və dostluq anlayışlarının davam etməsi meyli ola bilər. Əsasən cahillikdən və imanla bağlı baxışların hələ tam olaraq qəlbə həkk edilməməsindən irəli gələn bu hərəkətin nə qədər yanlış olduğu Quranda belə bildirilir:

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman gətirdiyinizə görə Peyğəmbəri və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar. (Mumtəhənə surəsi, 1)

Ayədəki bu açıq və qəti xəbərdarlıqdan sonra hələ də əvvəlki sevgi anlayışını davam etdirən, Qurana uyğun xarakteri mənimsəməyən bir insanın yarı yolda qalacağı bildirilir. Əgər bu insan azğın ruh halını gizlədib müəyyən maraqları naminə möminlərin arasında özünü təmizə çıxarmağa çalışsa belə, Allah bunu gec-tez ifşa edəcəkdir. Bir ayədə belə bildirilir:

Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, Peyğəmbərindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır. (Tövbə surəsi, 16)