İrəli sürdüyü hər fikrin, insanların qəlbinə pıçıldadığı hər pis düşüncənin, vicdanın doğrunu təlqin edən səsi ilə qarşılıq görəcəyini bilən şeytan, bu vəziyyətə qarşı fərqli tələ qurmuşdur. Əsil kimliyini və pis niyyətini gizlədə bilmək üçün, bəzən insanlara verdiyi təlqinləri vicdanın səsiymiş kimi göstərməyə çalışar. Bunun üçün, əl atdığı üsul isə onlara; “Allahın adından istifadə edib yaxınlaşması”dır.
Tərəfdarları ilə birlikdə insanları görmədikləri, fərq edə bilmədikləri yerlərdən müşahidə edən şeytan, onlara nələrin təsir edəcəyini və nələrə qarşı reaksiya verəcəklərini də bilir. İnsanın zəif nöqtələrini, nələrə qarşı zəif olduğunu, hansı fikirlərinin ağlını qarışdıracağını nəzərə alaraq onu yönləndirər. Vicdanən həssaslıq göstəriləcək mövzulardan, dini dəyərlərdən, insani əlamətlərdən “xeyir” adı altında istifadə edərək insanları aldadar. Etdirmək istədiyi pis hərəkəti onlara doğru və halal göstərəcək bəzi bəhanələr irəli sürərək onları tam zidd əxlaqa yönəltməyə çalışar. Həmin bu insanlar da şeytanın təqdim etdiyi bu bəhanələrdən ətrafdakı insanlara qarşı etdikləri pislikləri müdafiə etmək üçün səmimiyyətsiz şəkildə istifadə edərlər.
İman edən insanların isə özlərini yetərli görmələrini, etdikləri bəzi ibadətlərlə kifayətlənmələrini və özlərini bəyənib ehtiyacsız görmələrini təmin etməyə çalışar. Onları gözəl əxlaqlı olduqlarına, əllərindən gələnin ən çoxunu etdiklərinə, güclərinin bu qədərinə çatacağına inandırmağa çalışar. Qəlbinin təmiz olmasının kifayət edəcəyini, Allahın qəlbindəki yaxşı niyyəti görüb onlardan razı olduğunu düşündürərək, onları səmimiyyətsizliyə sürükləmək istəyər.
Ətrafdakı insanlara görə yaxşı olmalaraının kifayət edəcəyini, əksər insanlarla müqayisədə çox üstün əxlaqa sahib olduqlarını düşündürərək onları tənbəlliyə sürükləməyə çalışar. Lakin, əlbəttə ki, şeytan bütün bu bəhanələri nə qədər həqiqi və inandırıcı göstərsə də, onun təlqinləri ilə hərəkət edən insan bu davranışının Quran əxlaqına uyğun olmadığını bilir. Çünki Allahın bəndələrinə rəhmət olaraq yaratdığı vicdan sayəsində hər insan yaxşı və pisi ayırd edə biləcək anlayışa sahibdir.
Allah Quran ayələri ilə insanları şeytanın bu tələsinə qarşı belə xəbərdar etmişdir:
Ey insanlar! Şübhəsiz ki, Allahın vədi haqdır. O zaman dünya həyatı sizi aldatmasın və aldadan(lar) da, sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın. Həqiqət budur ki, şeytan sizin düşməninizdir, o zaman siz də onu düşmən tutun. O, öz tərəfdarlarını, qızğın yanan alovun sakinlərindən olmağa çağırar. (Fatir surəsi, 5-6)
Şeytanın insanı Allahın adı ilə aldatmasının digər yolu da, Allahın bağışlayan olduğunu irəli sürərək insanı günah işləməyə təşviq etməsidir. Allah sonsuz mərhəmət sahibidir və tövbə edib Özündən bağışlanma diləyən hər bəndəsinin günahlarını bağışlaya bilər. Lakin bir insanın; “onsuz da, Allah bağışlayar” deyərək bilə-bilə günah işləməsi səmimi davranış deyil. Belə əxlaqı davam etdirən insanın qəlbi zamanla qatılaşıb həssaslığını itirə bilər. Allah qorxusu ilə hərəkət etməmək, bu insanı daha bir çox pisliyə də sürükləyə bilər. Allah Quranda; “yaxında bağışlanacağıq” deyərək bilə-bilə günah işləyənlərdən nümunə verib insanları şeytanın belə yalanına qarşı xəbərdar etmişdir:
Onların ardından yerlərinə Kitaba varis olan bəzi “pis insanlar” keçdi. (Bunlar) Bu dəyərsiz olan (dünyan)ın müvəqqəti faydasını alıb; “yaxında bağışlanacağıq” deyirlər. Bunun bənzəri bir fayda gəldikdə onu da alırlar. Özlərindən Allaha qarşı haqqı söyləməkdən başqa şey söyləməyəcəklərinə dair kitab əhdi alınmamışdı? Halbuki içində olanı oxudular. (Allahdan) qorxanlar üçün axirət yurdu daha xeyirlidir. Hələ də anlamayacaqsınız? (Əraf surəsi, 169)
Əlbəttə, şeytanın bütün bu oyunları, təkcə iman etməyənlərə təsir edə bilər. Yoxsa Quranı özlərinə rəhbər tutan insanlar üçün, şeytanın səsi ilə vicdanın səsi arasında çox aydın və dəqiq fərq var. Vicdan insana həmişə Quran əxlaqına uyğun olan davranışları ilham edər. Şeytan isə hər nə qədər hiyləgər oyunların arxasında gizlətməyə çalışsa da, həmişə Allahın razı olmayacağı əxlaqa təşviq edər. Dolayısilə, iman edən bir insan bu ikisi arasındakı fərqi dərhal görər, şeytanın təsirindən Allaha sığınıb vicdanının səsinə tabe olar.
Lakin iman etməyənlər üçün belə aydınlıq mümkün deyil. Buna görə də, şeytan onlara istədiyi kimi təsir edə bilər. Allah Quranın; “onlardan gücün çatdığı kəsləri səsinlə sarsıntıya uğrat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol və onlara cürbəcür vədlər ver. Şeytan onlara təkcə yalan vəd verər!” (İsra surəsi, 64) ayəsi ilə şeytanın “gücün çatdığı kəsləri səsiylə sarsıntıya uğradacağını” bildirərək, iman edənlərlə inkarçılar üzərindəki şeytanın fərqli təsirinə diqqət çəkmişdir.

