Möminlər Allahın hər an onları gördüyünü və eşitdiyini, qarşılaşdıqları hər hadisəni Allahın yaratdığını bilirlər. Bu səbəblə Allahı bir an olsun ağıllarından çıxarmazlar. Həyatlarının hər anında həm özləri qəlbən Allahı düşünüb xatırlayarlar, həm də digər möminlərlə olan söhbətlərində Rəbbimizin ucalığını, böyüklüyünü, qüsursuz yaratmasını, sənətini zikr edərlər. Möminlərin hər an Allahı zikr edən insanlar olduqları Quranda belə bildirilir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)
Allahı anmaq qarşılaşılan hər şeyi, baş verən hər hadisəni Allahın yaratdığını bilmək, Allah mənə bununla nə göstərmək istəyir deyə düşünmək, Allahın yaratmasındakı hikmətləri anlamağa çalışmaq, hər an Allahın ucalığını qavraya bilmək üçün səy göstərmək və bütün bunları digər insanlara da izah etməklə olar. Məsələn, kənardan baxıldıqda çətin kimi görünən hadisə ilə qarşılaşanda təvəkkül edərək səbir edən insan o an Allahı andığı üçün bu şəkildə davrana bilər. Allahı anan insan Allahı və Onun gücünü heç vaxt unutmaz və daima məqsədəuyğun hərəkət edər.

