Ayədə bəzi insanların Allahı unudub, Ondan başqa dost və himayəçi tapdıqları vurğulanır. Bu insanlar hər hansı çətinliklə qarşılaşdıqlarında, köməyə ehtiyac duyduqları zaman “himayəçi” seçdikləri insanların onlara kömək edə biləcəyi, çətinliyi aradan qaldıra biləcəyi səhv düşüncələri olar. Halbuki insanlardan mədət ummaq, kömək gözləmək çox böyük səhvdir. Allah diləmədikcə heç bir insanın bir digərinə yardım etməsi mümkün deyil. Çünki Allahdan başqa varlıqlar da yalnız Onun yaratdıqlarıdır. Onun istəyi ilə var olmuşlar. Onun istəyi ilə varlıqlarını davam etdirərlər. Çətinlikləri aradan qaldırıb asanlaşdıran, sıxıntıları ortadan qaldıran, şəfanı və ruzini verən, güldürən də, ağladan da Allahdır. Qısacası, Allahdan başqa hər şey və hər kəs, sonsuz aciz, sonsuz məzlum, sonsuz möhtac olan varlıqlardır. Bunların özlərinə aid gücləri, qabiliyyətləri yoxdur; özlərinə belə yardım edə bilməzlər. O halda, ortada Allahdan başqa güvəniləcək, kömək ümid ediləcək, bir şeylər istənəcək, gözləniləcək kimsə də yoxdur.
Buna görə də, Allahdan deyil də başqalarından kömək istəmək, onları himayəçi seçmək, Allahı unutmaq, Allaha güvənməyib, səbəblərə, vasitəçilərə, insanlara güvənmək, Allahın yaratdıqlarını Allahdan müstəqil bir güc, iradə və təsir sahibi olaraq görmək deməkdir ki, bu da açıq-aşkar şirkdir. Allahı buraxıb qullarından kömək gözləyənlərin düşdükləri azğınlıq Quranda belə ifadə edilir:
Onlar özlərinə yardım ediləcəyini umaraq Allahdan başqa ilahlar qəbul etdilər. (Bu bütlərin) onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir.
(Yasin surəsi, 74-75)
Bir əzab yurdu olan cəhənnəmdə, Allahın “Qəhhar” (qəhr edici), “Cabbar” (istədiyini zorla etdirən), “Muntakim” (intiqam alan) kimi adları sonsuza qədər təcəlli edəcək. Kəhf surəsinin bu ayəsində isə bu sonsuz əzabın inkar edənlər üçün bir dayanacaq olduğu bildirilir.

