Allahın üstün gücünü yenə kainatdakı qüsursuz yaradılış bizə göstərir. Ancaq əslində Allah bizə Özünü insanlara doğrunu göstərən rəhbər olaraq endirdiyi Quranda tanıtmışdır. Quranda Allahın bütün üstün sifətləri; ağlı, elmi, şəfqəti, mərhəməti, ədaləti, hər yeri əhatə edən olduğu, hər şeyi eşidən və görən olduğu, göylərin, yerin və onların arasında tək sahibi, tək İlahı olduğu, mülkün tək hakimi olduğu xəbər verilmişdir.
O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! Gizlini də, aşkarı da O bilir. O, mərhəmətlidir, rəhmlidir. O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır. O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir. (Həşr surəsi, 22-24)

