Allahın üstün gücünü yenə kainatdakı qüsursuz yaradılış bizə göstərir. Ancaq əslində Allah bizə Özünü insanlara doğrunu göstərən rəhbər olaraq endirdiyi Quranda tanıtmışdır. Quranda Allahın bütün üstün sifətləri; ağlı, elmi, şəfqəti, mərhəməti, ədaləti, hər yeri əhatə edən olduğu, hər şeyi eşidən və görən olduğu, göylərin, yerin və onların arasında tək sahibi, tək İlahı olduğu, mülkün tək hakimi olduğu xəbər verilmişdir.
O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 22-24)

