Allahı layiqincə tanımaq

Oyandığımız andakı nemətlər

İnsan hər gün, oyandığı andan etibarən Allahın ona verdiyi nemətlərlə qarşılaşar. Nəfəs ala bilir, görə bilir, eşidə bilir, düşünə bilir, ürəyi döyünür, hüceyrələri yenilənir. Acar yemək yeyər və ləzzət alar, güc qazanar. Susar, susuzluğunu aradan qaldırar. Danışar.

Bunlar, Allahın insan üçün yaratdığı nemətlərdən yalnız bir neçəsidir. Nemətlərin fərqində olan insan üçün əsl əhəmiyyətli olan Allahın qədrini haqqı ilə təqdir edə bilməkdir. Çünki Allah şanı çox uca olandır, hər şeyin sahibidir, yaradıcısıdır. Allahı üstün sifətləriylə düşünərək, tanımağa çalışmaq lazımdır. Allah ayələrdə şanının ucalığını bizə belə bildirir:

Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir… (Zumər surəsi, 67)

Kainatda; insanın öz yaradılışından qiyamətin meydana gəlmə mərhələlərinə, göylərin yaradılmasından dənizlərin və dağların varlığına qədər hər hadisədə ehtişam və sərhədsiz güc vardır. Və bu güc yalnız yüksək ağıl sahibi olan Allaha aiddir.

Allah insanlara kitablar endirmiş və peyğəmbərlər göndərmişdir. Özünü, həm yaratdığı canlılarda sərgilədiyi bənzərsiz sənətiylə və elmi ilə, həm də kitabları və peyğəmbərləri vasitəsilə bizə tanıdır. İnsana düşən isə Allahın ucalığını, böyüklüyünü gərəyi kimi təqdir edə bilmək üçün mümkün qədər dərin düşünməkdir.