Allahı çətinlikdə sevmək əsasdır

Bir insan sevdiyi üçün çiləyə sinə gərirsə, səbr göstərirsə həqiqətən sevir deməkdir. Allah çətinliklər, əzablar, çilələr içində sevgimizi görmək istəyir. İmtahanın bütün sirri buradadır. İnsanların bir hissəsi bu sirri heç cür başa düşə bilmirlər.