Allahdan qorxmaq lazımdır?

Qurana görə həqiqi sevgi

Qurana görə olan həqiqi sevgi özü ilə hörməti və Allahın bəyənmədiyi şeylərdən çəkinməyi də gətirir. Yalnız sevginin kafi olacağını müdafiə edən insanların həyatlarına və hərəkət tərzlərinə baxdığımızda bu mövzuda zəif davrandıqlarını görərik. Halbuki, səmimi olaraq Allahı sevən bir insan hər şeydən əvvəl Onun əmrlərində son dərəcə dəqiqlik göstərər, çəkindirdiyi şeylərdən şiddətlə çəkinər, gözəl gördüyü rəftarlara yönələr. Sevgisini, həyatının hər anında Rəbbimizin razılığını axtararaq, Ona olan dərin hörməti, etibarı, itaətkarlığı və sədaqəti ilə göstərər.

Bu diqqətliliyin bir nəticəsi olaraq, Allahın razılığını itirməkdən, əzabına uğramaqdan da şiddətlə qorxar. Yoxsa yalnız şifahi olaraq sevgi iddiasında olmaq, lakin Allahın sərhədlərini aşaraq düşüncəsiz bir həyat sürmək, şübhəsiz səmimiyyətdən son dərəcə uzaq bir davranışdır. Allah Quranda Özündən qorxub çəkinməyi əmr etmişdir:

Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın! (Rum surəsi, 31)