Allahdan kömək diləmək

Müsəlman həmişə Allahdan kömək istəyəcək

Müsəlman həmişə Allahdan kömək istəyəcək. Hər yardım diləməsi həm savabdır, ibadətdir, həm də ürəyini açar, həddən artıq gözəl ibadətdir. Yaxşı əxlaqda səbir etmək, təbliğdə səbir etmək, dostluqda səbir etmək. Məsələn, müsəlmanların bir-birlərini sevməsi Allahın bir əmridir, ona görə də müsəlmanlar bir-birlərini sevər.

“Şübhəsiz ki, yer üzü Allahındır”. Yəni dünya Amerikanın, Rusiyanın deyil, Allahındır. “O, qullarından istədiyini onun varisləri təyin edir”. Kimi istəsə, məsələn, istəyərsə hz. Mehdi (ə.s)-a, istəyərsə hz. İsa (ə.s)-a, ikisi birlikdə. “Gözəl aqibət müttəqilərindir”. Kim üçünmüş? Hər hansı bir insan üçün deyil, müttəqi, yəni səmimi, ürəkdən, həqiqi müsəlmanlar üçün.

“Sən gəlmədən əvvəl də biz təzyiq görürdük, amma sən gəldikdən sonra yenə təzyiq görürük” -deyirlər hz. Musa (ə.s)-a. “Musa dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın” -dedi. Hz. Musa (ə.s) gəlməmişdən əvvəl müşrik yenə, anormal rəftar göstərirdi, onun üçün bəlasını alırdı. Elçi gəldikdən sonra nə etdin? Getdin qızıl buzova tapındın, yenə psixopatlıq etdin. Getdin Samirinin arxasınca, yenə psixopatlıq etdin, Allah bəlanı verdi, niyə təəccüblənirsən? Onu hz. Musa (ə.s) ilə əlaqələndirir. Halbuki, etdiyin əxlaqsızlıqdan ötrü Allah bəlanı verir. Amma Musa (ə.s) nə deyir? “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib”. Dəccaliyyəti, fironluğu, iblisin ordularını ortadan qaldıracaq. “Sizi yer üzünün varisləri təyin etsin,” rəhbər təyin edəcək deyir Allah. “Sonra da necə hərəkət edəcəyinizə baxsın”. Çünki Allah hakim edər, hakim etdikdən sonra da dürüst və gözəl əxlaqlı olmaq lazımdır. İqtidara keçdikdən sonra psixopatlaşmaq, təcavüzkarlaşmaq çox anormal hərəkətdir. Həmişə gözəl əxlaqda səbir göstərilməlidir.

I “Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar”. “İqtisadi böhran meydana gətirdik” -deyir Allah. Demək ki, iqtisadi böhran Allahın yaratdığı, həyata keçirdiyi bir qanundur. Nə üçün yaratdığını deyir Allah, “Bəlkə düşünüb ibrət alsınlar” -deyə. Məsələn, Mehdi (ə.s) gəldikdə də Allah iqtisadi böhran yaradır və durdura bilmirlər, səbəbini bilmirlər. İqtisadi böhran möcüzədir. Çox gözəl iqtisadiyyat irəliləyərkən, birdən böhran meydana gəlir, texniki səbəbi tapılmır.

“Musa ilə olan, xor görülən zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik”. Xor görülmək nə deməkdir? Təhqirə məruz qalan, təzyiqə məruz qalan, maneə törədilən, böhtanlar atılan, döyülən, söyülən, həbs edilən. “Xor görülən zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik”. Burada nəzərdə tutulan Mehdi (ə.s) və tələbələri, İsa Məsih (ə.s) və tələbələridir, inşaAllah.

“Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi”. Demək ki, səbir etmək lazımdır. Bu əsrin İsrail oğulları da Mehdi (ə.s) və tələbələridir. “Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik” Firon yəni dəccaliyyəti və qövmünün etdikləri zülm, təzyiq, darvinist, materialist düşüncə və inancları, “və tikib ucaltdıqlarını”. Məsələn, tüğyanı və dəlaləti ucaldırlar, zülmü, insanın üstündə təzyiqi artırırlar. Terroru və şiddəti artırırlar, hər cür lənəti artırırlar.

“Tikib ucaltdıqlarını darmadağın etdik”. İkinci mənası da budur; “ucaltdıqlarını”, şeytanla əlaqə qurmaq üçün tikdikləri o daşlar, ucu piramida şəklində olan daş. hz. Süleyman (ə.s)-ın möhüründə də o piramidanın tərsi olan bir piramida daha vardır, tərs üçbucaq. Bir dik üçbucaq var, bir də tərs üçbucaq var. Bu şeytanı təsirsiz hala gətirməkdə istifadə olunan vəsilələrdən biridir, altı bucaqlı ulduz. Hz. Süleyman (ə.s)-ın da möhürüdür bu. Şeytanı təsirsiz hala gətirməkdə istifadə olunur.