“Allahdan başqa heç bir ilah yoxdur! O, daima diridir, bütün məxluqatı idarə edəndir”. (Ali İmran surəsi, 2) İnsanın ölümlü olması qarşısında Allahın hər zaman diri olması və sonsuza qədər yaşaması böyük bir gözəllik və insan üçün mühüm bir təminatdır. “O, həm də Qaimdir”, yəni hər şeyi ayaqda tutan, qoruyan və güclüdür.
“O sənə Kitabı, haqq və özündən əvvəlkiləri təsdiqləyici olaraq (hissə-hissə) nazil etdi. O, Tövratı və İncili nazil etdi” (Ali İmran surəsi, 3) Bu ifadə Quranın həqiqətən Allah tərəfindən göndərildiyini və əvvəlki ilahi kitabları təsdiq etdiyini göstərir. Beləliklə, Tövrat, Zəbur və İncil də ilahi mənşəli haqq kitablardır, lakin zamanla bəzi hissələrinin təhrifə məruz qaldığı qəbul edilir. Bununla yanaşı, təhrif olunmamış hissələrin Quranın gəlişindən əvvəl insanlar üçün bir hidayət mənbəyi olduğu, yəni doğru yola yönəltdiyi bildirilir: “Daha əvvəl insanlara doğru yolu göstərmək üçün.”
Ayənin davamında Allahın “doğrunu yanlışdan ayıran Furqanı da endirdiyi” vurğulanır. Burada Quranın haqqı batildən, doğruyu səhvdən ayırma funksiyasına diqqət çəkilir. Bu, Quranın yalnız bir rəhbər deyil, həm də həqiqəti ayırd edən bir meyar olduğunu göstərir. Ayədə daha sonra isə xəbərdarlıq edilir: “Şübhəsiz, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam sahibidir.” Bu, Quranın və Allahın ayələrinin qəbul edilməsinin vicdani zərurət olduğunu ifadə edir. Çünki insan Allahın varlığını dərk etdikdə, mütləq bir Haqq dinin olmasının vacibliyini də anlayır. Allahın insanları səbəbsiz və məqsədsiz yaratmadığı düşüncəsi məntiqə uyğundur.
Gündəlik həyatda qarşılaşdığımız hər bir əşyanın, məsələn, bir stəkanın, bir qələmin və ya bir telefonun müəyyən bir funksiyası və yaradılış səbəbi vardır. Əgər bu əşyaların heç bir işə yaramadığını söyləsək, bu, məntiqsizlik olardı. Eynilə, bütün kainat və içindəki dünya da bir səbəblə yaradılmışdır. Bu səbəbi təyin edən Yaradıcıya Allah deyirik və varlığın bir yaradılış məqsədi olmalıdır. İlahi mətnlərdə ifadə edildiyi kimi, bu yaradılış məqsədinin əsaslarından biri də insanların imtahanıdır, inşAllah.

