Allahdan başqa heç bir güc yoxdur

İslamın təməli, Allahın varlığını anlamaq və Ondan başqa heç bir İlah olmadığını dərk etməkdir

İslamın təməli, Allahın varlığını anlamaq və Ondan başqa heç bir İlah olmadığını dərk etməkdir. İslam dini, bu ən böyük həqiqətin bir insanın bütün həyatına hakim olması, bütün həyatını bu həqiqətə görə yaşaması deməkdir. İslamın təməl qaynağı olan Quranda, dinin təməli olan bu ən böyük həqiqət Quranda belə ifadə edilir:

Sizin tanrınız bir olan Allahdır; Ondan başqa heç bir ilah yoxdur; O, Rəhmandır, Rəhimdir. (Bəqərə surəsi, 163)

İnsanların çoxu, ətraflarındakı cisimlərin və öz orqanizmlərini təşkil edən maddənin mütləq varlıq olduğunu sanır, Allahı isə özlərinə görə mücərrəd bir varlıq zənn edərlər (Allahı tənzih edirəm). Halbuki, əslində əsl var olan Allahdır, digər hər şey isə Onun yaratdıqlarıdır.

Yaşadığımız kainatı Allah yaradıb. Kainat yaradılmamışdan əvvəl isə, maddi mənada heç bir şey yox idi; bütün canlı və cansızlar, varlıq halına gətirilməmişdi, tam mənasıyla yoxluq idi. Kainatın yaradıldığı anda; zamanı, maddəni və məkanı, bunların hamısından münəzzəh olan və sonsuzluğun sahibi Əzəli və Əbədi olan Allah yaratmışdır. Bir Quran ayəsində Allahın qüsursuz yaratması belə xəbər verilir:

Göyləri və yeri yoxdan yaradan da Odur. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)