Elmi tədqiqatlar aparan bir çox insan kainatdakı bütün varlıqlarda olan inanılmaz dərəcədə mürəkkəb quruluşları, mükəmməl nizamı və harmoniyanı bütün detalları ilə öz gözləri ilə görür. Bu insanların Allahın varlığını və böyüklüyünü anlamaları mütləqdir. Quranda “…Allahdan Öz bəndələri içərisində ancaq alimlər “içləri titrəyərək-qorxar…””(Fatir surəsi, 28) ayəsiylə də bu həqiqətə diqqət çəkilir.
Allahın möhtəşəm yaratmasının açıq-aydın dəlillərini gördükləri halda, vicdanlarının səsini dinləməkdən imtina edib inkar etməkdə israr edən bəzi elm adamları böyük bir səhv içindədirlər. Onların bu mövqeyinin mənbəyi idealogiyalarıdır.
Keçmişdə və indiki dövrdə bir çox məşhur elm adamı Allaha və dinə olan inancları və bağlılıqları ilə tanınır. Bu elm adamlarından bəziləri bunlardır: Eynşteyn (Einstein), Nyuton (Newton), Paskal (Pascal), Qaliley, Maks Plank (Max Planck), Faradey (Faraday), Kelvin, Maksvel (Maxwell), Kepler, Uilyam Tomson (William Thompson), Robert Boyl (Robert Boyle), Lona Uilyam Petti (Lona William Petty), Maykl Faradey (Michael Faraday), Qreqori Mendel (Gregory Mendel), Luis Paster (Louis Pasteur), Con Dalton (John Dalton), Bleyz Paskal (Blaise Paskal), Con Rey (John Ray) …
Eynilə, bu gün də bir çox elm adamı Allahın varlığını təsdiqləyir, hətta elmi Allahı tanımağın bir yolu olaraq görürlər. İnsan Genomu Layihəsinin rəhbərlərindən biri olan Frensis Kolins (Francis Collins) və uzun illər ateist olmasına baxmayaraq sonradan iman etdiyini açıqlayan filosof Antoni Flu (Anthony Flew) bunlardan bəziləridir. (

