Allaha təvəkkül psixoloji pozğunluqların dərmanıdır

Əhzab surəsi, 47-ci ayə

Əhzab surəsi, 47-ci ayə. “Möminlərə müjdə ver. Həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır” deyir, Allah. Böyük bir qurtuluş, böyük bir hakimiyyət, İslam Birliyi, bir rifah vardır və sonunda cənnət, inşaAllah.

“Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə səbir et və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər”. Allaha təvəkkül etmək bütün ruh xəstəliklərinin müalicəsidir. Allaha təvəkkül etməyən hər insan ruh xəstəsi olar, mütləq psixologiyası pozular, tarazlığı pozular. Allaha tam təvəkkül edəndə heç bir ruh xəstəliyi olmaz, psixoloji heç bir pozuqluq olmaz. Onun üçün Allah təvəkkülün üzərində çox dayanır. Allah Quranın şəfa olduğunu deyir, ruha və bədənə şəfa olduğunu deyir. Təvəkkül də bütün psixoloji pozuqluqların dəqiq həll yoludur və dəqiq dərmanıdır.

Hər insanın həyatında çatışmazlıq, tərslik kimi görünən hadisələr baş verir. Bunlar insanın bütün həyatına təsir edəcək qədər böyük və ya gündəlik həyatda rast gəlinən kiçik hadisələr ola bilər. Quran əxlaqı ilə yaşamayan insanlar nəfslərinin xoşuna gəlmədiyi bu cür hadisələrlə qarşılaşdıqda sıxıntı keçirir, təşvişə düşür, gərgin olur, qorxurlar. Halbuki, bu, onların çox mühüm bir həqiqətdən xəbərsiz olduqlarına görə özlərinə etdikləri zülmdür.

Allaha iman gətirməyən və ya iman gətirdiyi halda, Allahın bildirdiyi həqiqətlərinə biganə yaşayan insanların həyatı hələ dünyada ikən narahatlıq, kədər, şübhə, qorxu içində keçir.

Ancaq həqiqəti bilənlər üçün dünya həyatında qorxuya, narahatlığa, bədbəxtliyə səbəb olan heç nə yoxdur. Çünki iman gətirənlər hər hadisəni Allahın taledə yaratdığını, hər şeyin Allah qatındakı “Lövhi-məhfuz” adlı kitabda yazıldığını və bütün insanların taleyi sadəcə izlədiyini bilirlər.

Allahın yaratdığı hadisələrin özləri üçün həmişə xeyirlə nəticələnəcəyini, uca Allahın əməlisaleh qullarının taleyini ən hikmətli, ən xeyirli şəkildə yaratdığını əsla unutmazlar.