Möminlər, şərtlər hər nə olursa-olsun, daim Allaha güvənən, həmişə Ona yönələn, davamlı Onu razı salmağı düşünən və Quran əxlaqından əsla dönməyən insanlar olduqlarından, Allahın heç bitməyən rəhməti, fəzli və sevgisi həmişə onların üzərindədir. Allah onları heç vaxt tək və köməksiz buraxmayacağını vəd edib.
Allah, Öz yolunda səmimi olaraq səy göstərən, heç bir şübhəyə düşmədən malını və canını Allahın razılığını qazanmaq üçün sevə-sevə sərf edən bu sadiq bəndələrini, etdikləri əməllərə gözəl qarşılıq olaraq içində sonsuza qədər qalacaqları, nemətlərlə təchiz edilmiş cənnətlə müjdələyib:
Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur! (Yunis surəsi, 64)
Rəbbi onları, Öz tərəfindən bir mərhəmət, razılıq və onlar üçün içində bitməz-tükənməz nemətlər olan cənnətlərlə müjdələyir. (Tövbə surəsi, 21)
Ayələrdən də məlum olacağı kimi, Allah möminləri cənnətlə müjdələmiş, etdikləri bütün saleh əməlləri qəbul edəcəyini və qovuşacaqları gözəlliyin və xoşbəxtliyin isə çox yaxın olduğunu bildirmişdir. İnsanın Allahın sonsuz rəhmətinin və sevgisinin həmişə üzərində olduğunu bilməsi, Allahın onu cənnəti ilə mükafatlandırmasını ümid etməsi, möminin qəlbinə böyük fərəhlik və hüzur verir. Allah Quranda möminlərin həmçinin mələklər vasitəsi ilə də müjdələnəcəklərini bildirib:
“Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!” (Fussilət surəsi, 30)
Allahın möminlərə verdiyi bu müjdənin Quranda izah edilən bir çox peyğəmbər üzərində də təcəlli etdiyi görülür. Məsələn Allah, Hz. Süleymanın ayədə bildirilən, “Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.” (Sad surəsi, 35) şəklindəki duasını qəbul etmiş və ona dünyada böyük mülk vermişdir.
Daha bir çox peyğəmbərə böyük mülk və imkan verildiyi Quranın müxtəlif ayələri ilə bizlərə bildirilir. Allah, Özündən bir mükafat və bir lütf olaraq, cənnətdə varis etdiyi bir çox nemət və gözəlliklə birlikdə, dünya həyatında da möminlərə nemətlər verərək, onların Özünə olan yaxınlığını, cənnətə qovuşma istəyini və şövqünü artırır.
Allah, möminlərin bu dünyada həmişə xoşbəxt və etibarlı olacaqlarını, onları “güc və iqtidar sahibi” edərək Quran əxlaqını hakim edəcəyini belə vəd edib:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir. (Nur surəsi, 55)
Bu, Allahın möminlərə olan vədidir. Möminlərin edəcəkləri isə, Allahın bənzərsiz lütfünə qarşılıq Ona şükür etmək və həmişə Onu zikr etməkdir.
Allahın ayələrinə uyan, özlərinə verilən öyüdləri dinləyən və axirətə hazırlıq edən insanlar hər cür əksiklik və səhvlərindən təmizlənmiş olaraq Allahın icazəsi ilə sonsuza qədər gözəl həyat sürəcəklər. Bütün həyatı boyu özlərinə verilən öyüdləri yerinə yetirən, xəbərdar edildikləri mövzularda təvazökarlıqla təslimiyyət göstərən və qorxub-çəkinərək hərəkət edən möminlər hesab günü gəldiyində də, Allahın hüzuruna təmizlənmiş olaraq çıxacaqlar.
Allahın Rəhman və Rəhim adının təcəllisi inananlar üçün sonsuza qədər davam edəcək, hər mömin bunun üçün sonsuza qədər Rəbbimizə həmd edəcək. Allah iman edənlərə bu müjdəni ayədə belə bildirib:
Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver! Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil təmiz ağıl sahibləri də onlardır. (Zumər surəsi, 17-18)
Allah başqa ayələrində də Özündən qorxub çəkinən bəndələrinın o gün gəldiyində cənnətin qapısında necə gözəl qarşılanma ilə qarşılanacaqlarını belə müjdələyir:
Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq və gözətçiləri onlara: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” – deyəcəklər. Cənnətliklər: “Bizə verdiyi vədinə sadiq qalan və bizi cənnətdə məskunlaşdığımız yerin varisi edən Allaha həmd olsun! Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” – deyəcəklər. (Zumər surəsi, 73-74)
Şübhəsiz bir insan üçün dünyada verilə biləcək ən böyük müjdə; axirətdə sonsuza qədər Allahın razı olduğu bir bəndə olaraq həyat sürə biləcəyi, etdiyi gözəl davranışlarla qarşılıq görəcəyi və cənnətin qapısında mələklər tərəfindən gözəl sözlərlə qarşılanacağı müjdəsidir. Məhz gözəl sözə uyan insanlara dünyada verilən müjdə budur.
Dünyada vəd edildikləri kimi möminlər ölüm anında da inkarçıların əksinə, mələklər tərəfindən ən gözəl sözlərlə və müjdələrlə qarşılanacaq, canları gözəlliklə alınacaq və cənnət həyatı başlamış olacaq:
Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” – deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir. (Nəhl surəsi, 32)
Bütün bunlar Allahın dünyada təslimiyyətli bəndələrinə vəd etdikləridir. Şübhəsiz cənnətdə yaşanacaq sonsuz həyat, gözəl əməllər edən və gözəl sözə uyan insanlara Allahın verdiyi ən böyük mükafatlardan olacaqdır. Hamısının da üzərində, iman edənlər üçün Allahdan məmnuniyyət vardır.

