İman edən insan Rəbbimizə səmimi qəlblə iman etmiş və dərin Allah qorxusu ilə təslim olmuşdur. Allahdan başqa ilah olmadığını, Onun bütün varlıqların yeganə hakimi və hər şeyin üzərində sonsuz güc sahibi olduğunu qavramışdır. Buna görə də yalnız Allahdan qorxur və yalnız Onun razılığını qazanmağı qarşısına məqsəd qoyur. Tək, bir olan Allaha ibadət edir, Onu dost bilir və yalnız Ondan kömək istəyir. Özünə aid gözəllik varsa, bunu ancaq Allahın verə biləcəyini və yenə də ona toxunan pislik varsa, buna da Allahın mane ola biləcəyini, onu yalnız Allahın qoruya biləcəyini bilərək yaşayır. Yalnız Allaha möhtac olduğunu, onu həyatda saxlayan, ona nemətini və köməyini çatdıran, qoruyan yeganə gücün Allah olduğunu bilir. Beləliklə, heç vaxt insanlardan heç nə gözləmir.
Qəlbində Allaha qarşı heç bir şübhəyə yer vermədən iman edir, imanındakı bu səmimiyyətini həyatının sonuna qədər, hər an davam etdirir. Həyatının hər mərhələsində qarşılaşdığı çətinliklərdən asılı olmayaq səmimi inamından imtina etmir. Nemət içində olduqda Allaha qarşı necə şükür edən, razı halda yaxınlıq hissi duyursa, şərtlər əksinə dəyişdikdə də eyni təslimiyyəti göstərməyə davam edir. Rəbbimizin bəndələrinə olan sonsuz sevgisindən, rəhmətindən, qoruyuculuğundan və bağışlayıcılığından əmin, təvəkküllü hərəkət edir.
Hər hansı bir çətinliklə qarşılaşdıqda Allahın Quranda hər çətinliklə bərabər asanlıq verəcəyini, mühüm olan isə bu çətinlik anında insanın Allaha olan sevgisində, təslimiyyətində və güvənində qərarlı olmasıdır. Allahın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından əmindir və Allahın vədindən əsla dönməyən olduğunu bilir. Qarşılaşdığı çətinliklər uzun zaman davam etsə belə, heç vaxt ümidsizliyə qapılmır, Allahın köməyindən əsla şübhə etmir. Gözəl səbir və təslimiyyətlə Allahın ona verdiyinə qane olur və bunda özü üçün xeyir olduğunu qəti olaraq bilir.
Allahın Quranda bu mövzu ilə əlaqədar bildirdiyi nümunələri ağlından çıxartmır; çətinliklərlə qarşılaşdıqları vaxt ümidsizliyə qapılanların təslim olmadıqlarını bilir. Hansısa çətinliklərlə qarşılaşdıqlarından asılı olmayaq Quranda, “…(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” (Şuəra, 62) deyərək Allaha təvəkkül etdiklərini bildirən peyğəmbərlərin yüksək əxlaqını nümunə götürür. Ömrü boyunca qarşılarına çıxan hər hadisədə Allahın rəhmətini, yaxınlığını, sevgisini, köməyini və dostluğunu görə bilən iman dərinliyinə malik olurlar.
Möminlərin göstərdiyi bu əxlaq cahil inanclarla müqayisə edildikdə daha aydın şəkildə ortaya çıxır. Cahil əxlaqını yaşayan bəzi insanlar, ömürləri boyu qarşılaşdıqları hər şeyi yaradanın Allah olduğunu və bunların hər birində bir çox xeyir və hikmət olduğunu düşünmədikləri üçün başlarına gələn hadisələr qarşısında lazımi şəkildə təvəkkül edə bilmirlər. Çətinlik və sıxıntılar qarşısında dözümsüz, səbirsiz hərəkətlər edə bilirlər. Allaha etibar edib təslim olmadıqları üçün çətinliklərə, sıxıntılara qarşı həqiqi səbri və gücü özlərində tapa bilmirlər.
İmanlı insan gücünü imanından və Allahın rızasını qazanmaq sevincindən aldığı üçün səbri çox güclü olur. Allah Quranda möminlərin, bu əxlaqını “…De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq!” (Ənam surəsi, 71) sözləri ilə bildirir. Buna qarşılıq Rəbbimiz tam təslim olan bəndələrini belə müjdələyir:
Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, həqiqətən, o, ən möhkəm qulpa yapışmış olar. Bütün işlərin axırı Allaha qayıdar. (Loğman surəsi, 22)

