Allaha şükür etmək və Onu təsbih etmək

Həmd və təsbih etmək möminin həyatının bir hissəsidir

Həmd və təsbih etmək möminin həyatının bir hissəsidir. Həmd (şükür) hər növ mədh, ucaltma və iltifata yalnız Allahın layiq olduğunu, təsbih isə Allahın ağıla gələn hər cür qüsur və səhvdən uzaq olduğunu həm dildə, həm də qəlbən təsdiq etməkdir.

Həmd və təsbihin yalnız möminlərin deyil, bütün kainatın bir ibadəti olduğu ayələrdə belə xəbər verilir:

“Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız, Allah həqiqətən, həlimdir, bağışlayandır!” (İsra surəsi, 44)

“Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də Allahın qorxusundan Onu öyüb mədh edirlər…” (Rəd surəsi, 13)

Müəyyən olunmuş vaxtlarda Allahı təsbih etmək və Ona həmd etmək də Quranda bildirilən fərzlərdəndir. Mömin Allahın fərz qıldığı məsələlər arasında öz anlayışına görə əhəmiyyətlilik sıralamasını apara bilməz. Yəni namaz qılmağı təsbih etməkdən və ya oruc tutmağı zəkat verməkdən daha mühüm və ya əhəmiyyətsiz hesab edə bilməz, Allahın əmrlərini birə-bir incəliyinə qədər yerinə yetirər. Allah insanı yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allahı Quranda göstərilən beş vaxtda, Allahın istədiyi şəkildə təsbih etmək möminin gündəlik həyatında ən mühüm vəzifələrindən biridir. Quranda ibadətlərlə bağlı dəqiq məlumatlar üçün @quranda_ibadetler səhifəsini izləyin.