Allaha şükür edin

Allahın verdiyi bütün nemətlərə şükür etmək əhəmiyyətli bir ibadətdir

Allahın verdiyi bütün nemətlərə şükür etmək əhəmiyyətli bir ibadətdir. Ancaq şifahi olaraq şükür etməklə, Allahın verdiyi nemətləri Allahın məmnun olacağı şəkildə, israf etmədən, xeyir və gözəllik üçün istifadə etmək də feli bir şükür olacaq. Həmçinin, insanın Allahdan gələcək hər şeyə möhtac olduğunu bilməsi, sahib olduğu heç bir şeyin özünə aid olmadığını, Allahın özünə verdiyini unutmaması və bunlar üçün həmişə şükür etməsi lazımdır. Quranda belə bildirilir:

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)