Allaha sevgisi kifayət deyilmi?

Qurana görə, əsl sevgi özü ilə birlikdə hörmət və Allahın bəyənmədiyi şeylərdən çəkinməyi də gətirir. Yalnız sevginin kifayət olduğunu iddia edən insanların həyatına və davranışlarına baxdıqda, onların bu mövzuda laqeyd olduqlarını görürük. Lakin, Allahı səmimi qəlbdən sevən insan, hər şeydən əvvəl, Onun əmrlərinə itaət etməkdə son dərəcə həssaslıq göstərər, qadağan etdiyi şeylərdən qətiyyətlə çəkinər və bəyəndiyi rəftarlara yönələr. O, sevgisini həyatının hər anında Rəbbimizin razılığını axtararaq, Ona dərin hörməti, etibarı, itaətkarlığı və sədaqəti ilə göstərər.

Göstərdiyi bu həssaslığın nəticəsi olaraq, o, Allahın razılığını itirməkdən və Onun əzabına düçar olmaqdan qorxar. Əks təqdirdə, sadəcə sözlə sevdiyini iddia etmək, lakin Allahın hədlərini aşaraq laqeyd bir həyat sürmək, şübhəsiz ki, son dərəcə səmimiyyətdən uzaq bir münasibətdir. Allah bizə Quranda Özündən qorxub çəkinməyi əmr etmişdir:

Ona “qəlbdən səmimi şəkildə” yönəlin və Ondan qorxun, namazı düzgün qılın və müşriklərdən olmayın. (Rum surəsi, 31)