Quranda təkcə Allah sevgisinə görə ağlamağın rəhmani rəftar olduğu bildirilmişdir. Allah; “…Onlara Rəhman (olan Allah)ın ayələri oxunduğu zaman, ağlayaraq səcdəyə qapanarlar” (Məryəm surəsi, 58) ayəsiylə peyğəmbərlərin üstün əxlaqından və imani dərinliklərindən təriflənərək bəhs etmişdir. Allah digər bir ayədə, imana təslim olduqlarına görə gözləri yaşla dolan insanların əxlaqını belə xəbər verir:
Elçiyə nazil ediləni dinlədikləri zaman, haqqı bildiklərindən ötrü gözlərinin yaşla dolduğunu görərsən… (Maidə surəsi, 83)
Emosionallığın və bundan qaynaqlanan ağlamaq isə Quran əxlaqında qətiyyən yeri yoxdur. Şeytani xülyaların verdiyi bədbin ruh halının təsiriylə emosional vəziyyətə düşən bu insanlar, ağlamaqdan çox vaxt bu səmimiyyətsizliyini ört-basdır etmək üçün istifadə edərlər.
Onlara bu davranışın səhv olduğu və Quran əxlaqına qətiyyən uyğun gəlmədiyi deyildiyi zaman isə, bundan dərhal imtina edib müsəlmana yaraşan rəftar göstərmək əvəzinə ümumiyyətlə həlli digər bir səmimiyyətsizlikdə axtararlar. Doğrunu görmələrini və Quran əxlaqına uyğun hərəkət etmələrini istəməyən şeytan onlara yenə sübut edilməsinin mümkün olmadığını düşündüyü “qəlbini” dəlil göstərmələrini ilham edər.
Bu insanlara ağlamağın müsəlmana yaraşan rəftar olmadığı xatırladıldığı zaman, bəzən onlar da; “əslində çox fərqli bir səbəbdən ötrü ağladıqlarını, lakin bunu ifadə etmələrinin düzgün olmayacağını” söyləyərək üstüörtülü şəkildə özlərini təmizə çıxartmağa çalışa bilərlər. Sanki səmimiyyətlərindən və ixlaslarından ötrü, ağlamalarının səbəbini heç söyləmək istəmirlərmiş kimi təəssürat verməyə çalışarlar.
Daha sonra isə əslində; “Allah qorxusundan ötrü ağladıqlarını” deyərlər. Yanlış rəftar etdiklərini gördükləri və bu əməlin axirətdə böyük əzabla qarşılıq tapa biləcəyini düşündükləri üçün peşmanlıqdan ötrü ağladıqlarını iddia edərlər.
Halbuki bu söylədiklərinin doğru olmadığını, səmimiyyətsizliklərini gizlətmək üçün yalan söylədiklərini özləri də bilirlər. Şeytani məntiqlə, etdikləri saxtakar nəticələrlə pis əxlaqını Quran ayələrinə əsaslandıraraq qanuniləşdirməyə çalışarlar. Lakin bütün tələlər kimi bu da puç olur. Çünki şeytanın və ona tabe olanların bütün bu hiyləli sözləri söyləyərkən görməzlikdən gəldikləri mühüm bir həqiqət var: Həqiqətən Allahdan içi titrəyərək qorxan bir insanın xüsusiyyəti, bu qorxunun gücü ilə yanlış rəftarından dərhal imtina etməsidir.
Bir tərəfdən ağlayıb, digər tərəfdən də səmimiyyətsizliklərinə var gücüylə davam etməsi, bu insanın Allah qorxusundan ağlamadığını və dürüst rəftar göstərmədiyini dərhal ortaya çıxardar. Allah Quranda həqiqi Allah qorxusunda insanların necə əzmkarlıq və qətiyyət içərisində olacaqlarını belə bir nümunə ilə bildirmişdir.
Fironun xidməti altındakı sehrbazlar onun bütün işgəncələrinə, təhdidlərinə baxmayaraq, hz. Musanın təbliğinə tabe olmuş və Allah qorxusuna görə dözülməz işgəncələr içərisində ölməyi gözə alaraq dərhal iman etmişlər. Quranda bu insanların qətiyyətli rəftarı belə xəbər verilmişdir:
Dedilər: “Bizə gələn açıq-aydın dəlillər və bizi Yaradan qarşısında səni əsla “seçmərik”. Harada hökmünü yeridə biləcəksənsə, dayanmadan hökmünü yerit; sən, təkcə bu dünyada hökmünü yeridə bilərsən”. (Taha surəsi, 72)
Onların bu əxlaqı, həqiqi Allah qorxusunda insanın yanlış əməli necə dərhal tərk edib doğruya təslim olacağını açıq şəkildə göstərir. Dolayısilə şeytanın təsiriylə səmimiyyətsiz üsula əl atan insanların da əslində bunu yenə səmimiyyətsiz yalanlarla qanuniləşdirməyə çalışmaq deyil, Allahın bağışlayıcılığına sığınıb, Onun razı olacağı əxlaqı göstərməyə çalışmaq olmalıdır.
Şeytanın hiyləgər və səssiz dili, bəzən günahsız, bəzən də olduqca neqativ və gərgin, laqeyd, soyuq və məsafəli, ümidini kəsmiş, təvəkkülsüz, tərs və təkəbbürlü xarakter ilə özünü göstərir. Lakin bunlar və bənzəri digər şeytani xarakterlərin ən mühüm ortaq xüsusiyyətlərindən biri; “haqsızlığa uğrama iddiası”dır. İlk dəfə bu iddia ilə ortaya çıxan isə yenə şeytan olmuşdur. Quran ayələrində şeytanın haqsızlığa uğrama məntiqi ilə ortaya çıxdığı və bu iddia ilə Allahın əmrinə itaətsizlik etdiyi görünür. Quranda şeytanın bu vəziyyəti belə bildirilir:
“And olsun, Biz sizi yaratdıq, sonra sizə surət (biçim-forma) verdik, sonra da mələklərə: “Adəmə səcdə edin” dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı. (Allah) dedi: “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan xeyirliyəm; məni oddan, onu isə palçıqdan yaratdın”. (Allah:) “O zaman ordan en, orda təkəbbürlənmək sənin (haqqın) olmaz. Dərhal çıx. Həqiqətən sən alçaldılanlardansan”. (Əraf surəsi, 11-13)
Şeytan, Allahın, hz. Adəmə səcdə etmək əmrinə qarşı çıxmış və “…mən, quru və şəkil almış palçıqdan yaradılan bəşərə səcdə etmək üçün var olmamışam” (Hicr surəsi, 33) deyərək, “özünün hz. Adəmdən daha üstün olduğunu” irəli sürmüşdür. Öz məntiqiylə yanlış düşünmüş və haqsızlığa uğradığını düşünərək üsyan etmişdir.
Belə üstün yaradılışa sahib olduğu halda, insana səcdə etməsi, onun meyarlarına ziddir. Bu azğın və üsyankar əxlaqına görə qürurlanmış və Allahın əmrinə itaət etməmişdir. Bir ayədə; “Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və inkar edənlərdən oldu.” (Bəqərə surəsi, 34) sözləriylə bildirildiyi kimi, qürurdan qaynaqlanan bu azğın məntiqi onu inkara sürükləmişdir.
Bu vəziyyət bizə haqsızlığa uğrama psixologiyasının nə qədər təhlükəli və nə qədər şeytani düşüncə forması olduğunu açıqca göstərir. Din əxlaqına qətiyyən uyğun gəlməyən haqsızlığa uğrama iddiası, insanları Allaha üsyan etməyə, dini inkar etməyə və bunların nəticəsində də sonsuz cəhənnəm oduna sürükləyə biləcək düşüncədir.
Bu davranış pozuntusunun insanlarda meydana çıxma forması isə çox müxtəlifdir. Şeytan bəzi insanlarda haqsızlığa uğrama düşüncəsini elə dərin inanc halına gətirər ki, bu insanlar Allaha üsyan edərək inkarı seçərlər. Allaha inanan, Allahın sonsuz ədalətini, hər şeyi xeyir və hikmətlə yaratdığını bilən, lakin zəif imanlı insanlara isə, şeytan daha da hiyləgər üsullarla yaxınlaşar.
Onları aldadıb, bu düşüncələrinin də əslində tamamilə “xoş niyyətlərindən, daha yaxşı olma istəklərindən” qaynaqlandığına inandıra biləcəkləri üsullar öyrədər. Çünki şeytan da özünü eynilə bu üsullarla razı salmışdır. Quranda şeytanın, dünya həyatında özünə verilən müddət ərzində bütün insanları Allahı inkar etməyə çağırdıqdan sonra axirətdə Allahdan qorxduğunu söylədiyi bildirilir:
Şeytanın vəziyyəti kimi; çünki insana: “inkar et” dedi, inkar etdikdə isə: “həqiqət budur ki, mən səndən uzağam. Doğrusu, Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram” dedi. (Həşr surəsi, 16)
Şeytanın insanlara oynadığı oyun da məhz yenə bu düşüncəni əsas götürür. Bu insanlar da Allahdan çox qorxan, xalis niyyətli səmimi müsəlmanlar olduqlarını iddia edərlər; lakin eyni zamanda da haqsızlığa uğradıqları iddiasıyla daxilən Allahın ədalətindən şübhəyə qapılarlar (Allahı tənzih edirik). Bəzən bu fikir getdikcə böyüyərək onları tam mənada inkara sürükləyər. Lakin buna baxmayaraq, bir tərəfdən də doğru yolda olduqlarını iddia edərlər. Lakin Allah Furqan surəsində bu insanların həqiqi dünyagörüşlərini və əxlaqını belə təsvir edir:
“…beləliklə onlar, heç şübhəsiz ki, haqsızlıq və böhtanla gəldilər” (Furqan surəsi, 4).

