Şirk, bir insanı, ya da hər hansı bir varlığı, bir anlayışı qiymətləndirmə, əhəmiyyət vermə, seçim etmə, üstün tutma baxımından Allahla bərabər və ya daha irəli səviyyədə görmək və bu səhv dünyagörüşüylə hərəkət etmək deməkdir. Allah Quranda bu vəziyyəti “Allahdan başqa ilah etmək” kimi müəyyən edər. Bir başqa sözlə, Allahın hər hansı bir sifətinə başqasının sahib olduğunu iddia etmək şirk qoşmaq deməkdir. Allah Quranda şirkin bağışlanılmayacağını xəbər vermişdir:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

