“Allaha Şərik Qoşmaq” (Şirk) Nədir?

Şirk, bir insanı, bir varlığı, hansısa anlayışı Allahla bərabər səviyyədə və ya Allahdan üstün görmək və bu səhv dünyagörüşü ilə hərəkət etmək deməkdir.

Allah Quranda bu vəziyyəti “Allahdan başqa ilah qəbul etmək” kimi təyin edir. Bir başqa sözlə, Allahın hər hansı bir sifətinə başqasının sahib olduğunu iddia etmək şirk qoşmaq deməkdir.

Allah Quranda şirkin bağışlanılmayacağını xəbər vermişdir:

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar. (Nisa surəsi, 48)