Şirk, bir insanı, ya da hər hansı bir varlığı, bir anlayışı qiymətləndirmə, əhəmiyyət vermə, seçim etmə, üstün tutma baxımından Allahla bərabər və ya üstün hesab etmək və bu səhv düşüncə ilə hərəkət etmək deməkdir. Allah bu vəziyyəti Quranda “Allahla yanaşı başqa ilahlar qəbul etmək” kimi təyin edir. Başqa sözlə, Allahın sifətlərindən hər hansı birinə başqasının sahib olduğunu iddia etmək şirk qoşmaq deməkdir. Allah Quranda şirkin bağışlanmayacağını bildirmişdir:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar. (Nisa surəsi, 48)

