Allaha şərik qoşmaq (şirk) nədir?

Şirk, bir insanı, ya da hər hansı bir varlığı, bir anlayışı qiymətləndirmə, əhəmiyyət vermə, seçim etmə, üstün tutma baxımından Allah ilə bərabər və ya daha yüksək səviyyədə görmək və bu səhv düşüncə ilə hərəkət etmək deməkdir. Allah Quranda bu vəziyyəti “Allahdan başqa ilah etmək” kimi müəyyən edər. Bir başqa sözlə, Allahın hər hansı bir sifətinə başqasının sahib olduğunu iddia etmək “şirk” qoşmaq deməkdir. Allah Quranda şirkin bağışlanılmayacağını xəbər vermişdir:

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar. (Nisa surəsi, 48)